Yuxarı

Anar Vaqif Səmədoğluna mükafat verdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyində (AYB) "Nəsimi" mükafatının növbəti təqdimetmə mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan xalq yazıçısı Anar mükafatın tarixindən danışıb: "Bir neçə il öncə katibliyin qərarı ilə müxtəlif mükafatlar təsis edildi. Onlardan biri də "Nəsimi" mükafatıdır. "Nəsimi" mükafatı iki ildən bir Novruz bayramı ərəfəsində təqdim olunur. Bu mükafat ilk dəfə İsa Hüseynova təqdim edildi. Bu il isə görkəmli xalq şairi, Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri Vaqif Səmədoğluna təqdim edilir".

Mükafat təqdim edildikdən sonra Vaqif Səmədoğlu Yazıçılar Birliyinə minnətdarlığını bildirib: "Mən indi elə durumdayam ki, sevinc yaşamağa böyük ehtiyacım var. Sevinc mənə dərman kimi gəlir. Bu gün mənim sevincimə səbəb oldunuz. Buna görə hamınıza dərin minnətdarlığımı bildirirəm".

Tədbirdə xalq şairi Aşıqlar Biliyinin sədri Zəlimxan Yaqub da iştirak edib. AYB sədri Anar Zəlimxan Yaquba AYB-nin yeni üzvlük vəsiqəsini təqdim edib. (ANS).

Tarix
2014.03.20 / 17:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla