Yuxarı

Türk polisi Günay Musayevanı qovdu - Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Survivor" yarışmasında iştirak etmək üçün Dominikanda olan Tolqa Karelin arvadı, azərbaycanlı model Günay Musayeva polisləri əməlli-başlı işə salıb.

Günay Musayeva Nişandaşında yerləşən "Ses" Barında gecə keçirib. Bara iki kişi dostu ilə gələn Günay Musayeva mühafizəçilərinə "Burda jurnalistlər var?", - deyə soruşub. Yaxınlıqda jurnalist olmadığını öyrənən Günay Musayeva dostları ilə birlikdə bara girib.


Barda səhərə qədər dostları ilə əylənən Günay Musayeva sonradan ordan çıxıb. Bardan çıxarkən tanınmış modelin yanında iki qadın rəfiqəsi də olub. Onlar avtomobilə minərək ərazidən uzaqlaşıblar.


Barda əylənən Günay Musayeva və rəfiqələrinin kefinə isə polis maşını yoxlama aparan zaman "soğan doğranıb". Polisin "saxla" əmrinə tabe olmayan Günay Musayeva və rəfiqələri hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən maşınla qovulmağa başlanıb. İki polis maşınları tərəfindən sıxışdırılan Günay Musayevanın olduğu maşın saxlanılıb.


Polis məmurlarına jurnalistlərdən şikayət edən qadınlardan biri, avtomobildə Tolqa Karelin arvadının olduğunu bildirib. "Jurnalistlər bizi çəkməsin deyə maşını saxlamadıq" deyən xanımların sonradan möhkəm sərxoş olduqları məlum olub.

Vəziyyəti səssizliklə izləyən Günay Musayeva isə sualları cavabsız qoyaraq, əllərilə üzünü tutub.


Polis avtomobili sərxoş qadınlardan alıb. Qadınlar və Günay Musayeva polis əməkdaşları tərəfindən evə ötürülüb.


Tolqa Karellə aralarında dava-dalaş səngiməyən Günay Musayeva bu dəfə də həyat yoldaşını saymayıb. Çünki bir müddət əvvəl Tolqa Karel arvadına gecə gəzintilərinə son qoymağı tapşırmışdı.


Qeyd edək ki, podiuma çıxmazdan bir gün əvvəl Günayın qapısına məhkəmə icraçıları gəliblər. Əmlakın müsadirəsi üzrə məhkəmə məmurları hal-hazırda "Survivor" yarışmasında iştirak edən Tolqa Karelin Bəylərbəyindəki evinə gəliblər. Kareldən boşanacağı iddia edilən Musayeva sərt reaksiya verib. "Bu borcdan xəbərim yoxdur. Tolqa burada deyil. O, "Survivor" üçün Dominikandadır. Nə üçün 10 illik borc üçün indi gəlirsiniz?" (ANS).

Tarix
2014.03.20 / 17:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla