Yuxarı

Eldar Əzizovun bayraq təhqirinə açıqlama - Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda asfalt üzərinə çəkilmiş Azərbaycan bayrağı sosial şəbəkələrdə və mediada ciddi müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən açıqlama verilib. Açıqlamada deyilir:

"Ötən gün bəzi internet saytlarında Sumqayıtın İcra başçısının tapşırığına uyğun olaraq şəhərin prospektlərində asfaltın Azərbaycan bayrağı rəngində rənglənməsi və bu məsələnin sakinlərdə hiddət doğurması ilə bağlı məlumatlar yayılıb. Azərbaycan bayrağı hər birimiz üçün müqəddəsdir, əzizdir və yayılan məlumatlar əsassız, provokasiya xarakterlidir. Sumqayıtın küçələrinin birində məktəblilərin asfalt üzərində rəsm müsabiqəsi keçirilib. Şagirdlərin rəsmlərini tədbirə toplaşan minlərlə şəhər sakini alqışlarla qarşılayıblar. Sumqayıtda vətənpərvərlik mövzusunda tədbirlər prioritet istiqamət daşıyır və bu mövzuda ənənəvi olaraq müxtəlif tədbirlər keçirilir. Bu faktdır. Kimlərinsə müqəddəs hislərimizlə oynayaraq bu tədbiri öz çirkin məqsədlərinə çatmaq və provakasiya yaratmaq üçün istifadə etmək cəhdləri bizdə təəssüf və hiddət doğurur".("Xəbərlə.com")

Tarix
2014.03.20 / 13:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla