Yuxarı

Aktyorlar küçədə bilet satacaq

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oda Teatrının aktyorları küçədə bilet satacaq.

Bu barədə "Axar.az"a teatrın rəhbəri Elmin Bədəlov məlumat verib. Onun sözlərinə görə, küçədə bilet satışını təşkil etməklə onlar hər kəsin diqqətini teatra yönəltmək istəyirlər:

"Bizim bu aksiyada iki məqsədimiz var. Həm bilet satışını təşkil etməklə ölkənin müstəqil teatrı olan Odanı yaşatmaq, həm də teatrdan xəbərsiz insanların da diqqətini mədəniyyətə yönəltməkdir. Çünki son günlər Oda Teatrının bilet satışı müəyyən qədər zəifləyib. Biz də çıxış yolu kimi bu üsulu seçirik. Hər kəsi də müstəqil teatra dəstək verməyə çağırırıq. Ümid edirik ki, incəsənət nümayəndələri, aktyorlar, rejissorlar da bu aksiyada bizə dəstək olacaq".

Elmin Bədəlovun dediyinə görə, onlar 22 və 23 mart saat 19:00-da nümayiş etdirəcəkləri "Səncə, döyəcəklər?" tamaşası üçün bilet satacaqlar. Onlar qrimlənmiş formada, "Müstəqil teatrı yaşatmaq üçün bilet satırıq!" sözləri yazılmış kağızlarla paytaxt küçələrində satış təşkil edəcəklər. Aktyorlar həm də bununla ölkə teatrlarında bilet satışının zəif olduğunu göstərmək və insanlara "teatrlara gedin" mesajını vermək istəyirlər.

Qeyd edək ki, Oda Teatrı hazırda ölkənin yeganə müstəqil teatrıdır, qısa zamanda yaranmasına baxmayaraq, insanların diqqətini cəlb edib. Teatrın nümayiş etdirəcəyi "Səncə, döyəcəklər?" tamaşası rumın dramaturqu Matey Vişnekin əsəridir. Tamaşadakı rolları İlqar Cahangir, Elmin Bədəlov, Nihad Qulamzadə, Aynur Zərrintac, Qurban Məmmədli və Anar Əliyev ifa edəcək.

Teatrın ünvanı: Topçubaşov 38. Əlaqə: 050 394 48 64

Tarix
2014.03.20 / 02:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla