Yuxarı

17 yaşlı azərbaycanlı qız özünü güllələdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların kompakt yaşadığı Qaracalar kəndində ölüm hadisəsi baş verib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə barədə Kaxeti Mətbuat Mərkəzinin rəhbəri Maya Mamulaşvili məlumat verib.

Onun sözlərinə görə, Qaracalar kənd orta məktəbinin 11-ci sinif şagirdi, 17 yaşlı Samirə Bəxtiyarova silahdan atəş açaraq özünü güllələyib.

Telavi rayon xəstəxanasının həkimi Zurab Canaşvilinin məlumatına görə, hadisə nəticəsində S. Bəxtiyarova boğazından və sinə nahiyəsindən yaralanıb və hadisə yerində həlak olub. Hadisə yerinə polis patrul xidməti gəlib. Hadisə ilə bağlı cinayət işi qaldırılıb və hadisənin baş vermə səbəbi araşdırılır.

Qeyri rəsmi məlumata görə, ölümə səbəb valideynlərin 17 yaşlı gənc azərbaycanlı qızı sevmədiyi şəxslə ailə qurmağa məcbur etmək olub.

Tarix
2014.03.20 / 00:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla