Yuxarı

Nazirlikdən “Qanun”la bağlı açıqlama - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyi "Qanun" jurnalı redaksiyası və "Qanun" nəşriyyatı ilə bağlı açıqlama verib.

Nazirliyin bildirdiyinə görə, "Vergilər Nazirliyi Rüstəmov Şahbaz Xudu oğlunun təsisçisi və direktoru olduğu "Qanun" jurnalı redaksiyası və "Qanun" nəşriyyatında vergi qanunvericiliyinin pozulması ilə bağlı bildirir ki, 2013-cü ilin noyabr ayında vergi qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti "Qanun" nəşriyyatı və "Qanun" jurnalı redaksiyasında 01.08.2011-ci ildən 01.08.2013-cü ilədək olan dövr üzrə səyyar vergi yoxlaması aparıb.

Yoxlama zamanı "Qanun" nəşriyyatında vergi orqanına təqdim edilmiş bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə küllü miqdar təşkil edən 74204,27 manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayındığı, "Qanun" jurnalı redaksiyasında isə vergi orqanına təqdim edilmiş bəyannamələrə gəlir və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilməsi, dövlət büdcəsinə ödənilməli olan xeyli miqdar təşkil edən 31238,02 manat məbləğində vergilərin ödəməkdən yayındığı müəyyən edilib.

Toplanmış materiallarda Cinayət Məcəlləsinin 213.1 və 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əlamətlərinin olması nəzərə alınaraq hər iki fakt üzrə 20 fevral 2014-cü ildə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin istintaq idarəsində cinayət işləri başlanıb və istintaq işi hazırda davam edir.

Vergilər Nazirliyi bir daha vergi ödəyicilərinin nəzərinə çatdırır ki, dövlət büdcəsinə vergilərin vaxtında və tam həcmdə ödənilməsi onların qanunla müəyyən edilmiş vəzifəsidir və bu vəzifənin düzgün icrasını təmin etmək əvəzinə ictimaiyyətin fikrini başqa istiqamətlərə yönəltmək, məsələyə hansısa rəng vermək cəhdləri əbəsdir". ("Modern.az")

Tarix
2014.03.19 / 21:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla