Yuxarı

Qobustandakı dəhşətli yol qəzası ilə bağlı açıqlama - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:04

Bu gün Qobustan rayonu ərazisində, Acıdərə yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Axar.az"ın hadisə yerində olan müxbiri xəbər verir ki, 2 "Mercedes" və "Daewoo-Nexia" markalı avtomobili toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, 4-ü yaralanıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobillərin dəmir hissələrini xüsusi alətlərlə kəsərək cəsədləri çıxarıb.

Ölən və yaralananların şəxsiyyəti barədə məlumat verəcəyik.

20:14

"Axar.az"a hadisə nəticəsində həlak olan ailənin yaxınlarından verilən məlumata görə, həyatını itirən 3 nəfər bir ailənin üzvü olub. Belə ki, Orucəliyev Cümşüd Rəcəb oğlu, Orucəliyev Rafiq Cümşüd oğlu və Orucəliyev Rasim Cümşüd oğlu qəzada həlak olub.

Yaralılar isə Şamaxı rayon xəstəxanasına yerləşdirilib.

23:48

Qobustan rayonu, Bakı-Şamaxı yolunun 105-ci kilometrində iki "Mercedes" və bir "Daewoo" avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitini qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində deformasiya uğramış "Mercedes" markalı avtomobildə sürücü 1984-cü il təvəllüdlü Orucəliyev Asif Cümşüd oğlu sıxışmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə onu avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Avtomobildə olan 5 nəfər sərnişindən ikisi - 1981-ci il təvəllüdlü Orucəliyev Rafiq Cümşüd oğlu və 1952-ci il təvəllüdlü Orucəliyev Cümşüd Rəcəb oğlu ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat ediblər. Avtomobildə olan 2 sərnişin və digər "Mercedes" markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi əhali tərəfindən köməklik göstərilərək Təcili Tibbi Yardım Xidmətinə təhvil veriliblər.

Tarix
2014.03.19 / 23:48
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla