Yuxarı

VİP sözçüsü Cavid Alişanov haqda nekroloq

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dostlar, mən dəfələrlə SÖZ adlı İlahi anlama münasibət bildirmişəm. Aşağıdakı fikirimi də dönə-dönə təkrar etmişən: Həyatın ən möhtəşəm möcüzəsi insan doğuluşudur.

Körpə ana bətnindən xilas olan məqamda bu dünyadan aldığı ilk nemət NƏFƏSdir. Və onun bu İlahi payı müqabilində qaytarıb dünyaya verdiyi - SƏSdir. Deməli, NƏFƏS də, SƏS də Tanrı hədiyyəsi olduğu üçün müqəddəsdir. SÖZ isə bu iki hikmətin - NƏFƏS və SƏSin - birləşməsindən yaranır və məhz elə buna görə də ikiqat müqəddəs sayılmalıdır.

Bizlər bunu dərindən düşünüb-anlasaq, heç vaxt dediyimiz və verdiyimiz sözə yalan qatıb xəyanət etmərik, bununla da bir çox əzab-əziyyət və günahlardan xilas olarıq!..

İndi keçirəm mətləbə. Elə qələm sahibləri var ki, onlar üçün SÖZ anlayışı çırtma səsi tək, boş bir şeydir. Belələri, fikirimcə, təhlükəli insanlardır. Göstərişlə, fərmayiş, sifariş və muzdla bədxah yazılar yazanlar, şübhəsiz ki, həm də günah işlətmiş olurlar. Təsəvvür edin ki, belə bir üzdəniraq qələm əhli pul, qazanc müqabilində, tanımadığı, ya lap tanıdığı bir adam haqqında böhtan, təhqir və şər-şəbədəylə dolu məqalə yazıb onu aşağılayır və... elədiyindən zərrə qədər də olsun vicdan əzabı çəkmir!.. Daha düşünmür ki, bu insanın ailəsi var, özü üçün müəyyənləşdirdiyi dəyərlər sistemi, ünsiyyət dairəsi, dünya duyumu var. Məncə, bu sayaq cızma-qaraçıya çəkinmədən, "şərəf və ləyaqətini itirmiş məxluq" demək olar.

Başqa bir misal: hər-hansı bir jurnalist kimdənsə küllü miqdarda maliyyə alaraq növbəti riyakar sifariş yerinə yetirir. Ancaq bu dəfə haqqında yazacağı adamı yaxşı tanıyır və həmin o adam, həmin o jurnalistə bircə çimdik belə olsun pislik etməyib, əksinə, dəfələrlə təmannasız yaxşılıqlar edib! Bütün bunlara baxmayaraq, killer-jurnalist öz qələmini itiləyib pul, mənfəət, yaxud da sahibinin tumarlı bir "malades"i xatirinə həmin o günahsız insanı irinli-kinli sözlər, təhqir və söyüş atəşinə tutur. Bax, məhz bu məqamda Söz ölür. Söz sahibi ölür! Çünki belə "yazar", əməlinin nəticəsi olaraq, nəinki şərəf və ləyaqətini, eyni zamanda, öz namusunu da bilmərrə itirir! Şəxsiyyətini, ləyaqətini, nəhayət namusunu öz xoşuyla itirmiş adam isə artıq adam deyil!

Körpə təbəssümü tək təmiz, ana südü kimi pak olan müqəddəs SÖZə - Allahın əmanətinə yalan, kin-küdurət və nifrət qatıb xəyanət edən "adam" - mənən ölüdür və ona heç rəhmət də düşmür!

Tarix
2014.03.19 / 18:09
Müəllif
Eldəniz Quliyev
Şərhlər
Digər xəbərlər

VİP-in tərbiyəsiz funksionerlərinə

Eldəniz Quliyevdən kiçik hekayə - “Ulamaq istəyi”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla