Yuxarı

Nurçular Nəqliyyat Nazirliyinə də sızıb – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat naziri Ziya Məmmədovun köməkçisi olduğu bildirilən Ziya Əliyev "İrəli"nin təsisçilərindən biridir.

Bu barədə "Axar.az"ı bilgiləndirən mənbənin sözlərinə görə, həm də ASAİF-in məclis üzvləri sırasında yer alan və nurçuların bütün şəbəkəsində etibarlı şəxs kimi təmsil olunan Ziya Əliyev Ziya Məmmədovun yanına yerləşdirilən görünən simadır.

Digər görünməyən simalar içərisində isə nurçu olmasa da, son vaxtlar nurçuların aktiv təbliğatını aparan şəxslərdən biri kimi tanınmış jurnalist Elnur Baimovun adı çəkilir.

Çoxlarının "Day.az" saytından tanıdığı Elnur Baimovu nurçularla nə birləşdirir?

Anar Məmmədxanovun "Day.az" layihəsi ilə məşhurlaşan, nurçu olduğu iddia edilməyən Baimovun media sahəsindəki bacarıqlarından Elnur Aslanov yaratdığı sayt və internet televiziyasında istifadə edib.

2013-cü ilə qədər Elnur Aslanova məxsus media qurumlarına nəzarət edən Baimov daha sonra Nəqliyyat Nazirliyinə keçib. Baimov Ziya Məmmədovun diaspor işi və Azərbaycanın xaricdə təbliği ilə məşğul olan oğlu Anar Məmmədovun bu yöndəki fəaliyyətinin gücləndirilməsinə dəstək verib və bunun üçün Feysbukda tirajlı səhifələr alınıb.

Maraqlısı isə odur ki, Anar Məmmədovun dəstəyi ilə alınan və diaspor fəaliyyətinin təbliği üçün nəzərdə tutulan Feysbuk səhifələri Elnur Aslanovun kurasiyasında olan media qurumlarının təbliğinə xidmət edir.

Başqa bir maraqlı fakt isə Elnur Aslanova məxsus olan və Məmmədovların dəstəyi ilə alınan Feysbuk səhifələrində reklam edilən saytlarda Ziya Məmmədovla qohumluq əlaqələri olan bir neçə ziyalının əleyhinə kəskin yazıların yayımlanmasıdır.

Tarix
2014.03.19 / 17:17
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla