Yuxarı

Xankəndində Rusiyaya birləşmək mitinqi - Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azadlıq" radiosunun erməni xidməti dünən axşam sensasion məlumat yayıb.

Məlumatda deyilir ki, martın 18-də axşam Dağlıq Qarabağın "paytaxtı"ında Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı bayram mərasimi təşkil olunub.

Bu mərasimdə bəzi öyrədilmiş adamların Dağlıq Qarabağın da Rusiyaya birləşdirilməsinə dair çağırışlarla çıxış etməsi gözlənilirdi. Lakin lragir.am saytı xəbər verir ki, mitinq və bayram konserti faktiki olaraq iflas olub.

Bildirilir ki, martın 18-də səhər tezdən başlayaraq Xankəndindəki məktəblərdə və "dövlət təşkilatlarında" axşam şəhərin baş meydanında bayram konsertinin və mitinqin olacağı haqda elanlar yayılıb.

İnsanları sadəcə olaraq meydana çıxmağa məcbur ediblər, çoxları heç nə üçün getdiyini də bilməyib. Buna baxmayaraq mitinq faktiki olaraq baş tutmayıb və meydana toplaşan bir qrup adamın qarşısında Dağlıq Qarabağın qondarma "xarici işlər nazirliyinin" və "parlamentinin" Krımla bağlı bəyanatı oxunub. Həmin bəyanatda Krım xalqının Rusiyaya birləşmək qərarı alqışlanır. Bunun ardınca meydanda konsert başlayıb.

Sayt qeyd edir ki, mitinqin izdihamlı alınacağı halda öyrədilmiş qrupların və şəxslərin Dağlıq Qarabağın da Rusiyaya birləşməsinə dair çağırışlarla çıxış etməsi nəzərdə tutulmuşdu.Maraqlıdır ki, həmin mitinqin və konsertin kim tərəfindən təşkil edildiyi açıqlanmayıb. Lakin erməni KİV-ləri təlimatın Ermənistan rəhbərliyi tərəfindən verildiyini təxmin edir. Bildirilir ki, həmin tədbiri təşkil edənlərin məqsədi Krımın Rusiyaya birləşmək presedenti olduğunu Dağlıq Qarabağ ermənilərinə göstərmək idi.

"Aydındır ki, mitinqin təşkilatçılarının planı Qarabağın da Rusiyaya birləşməyə hazır olduğunu Putinə göstərmək idi. Lakin bu plan reallıqdan uzaq olduğu göründü. Çünki qarabağlılarda kollektiv düşüncə tərzi var. Və mitinqdə heç kimin Rusiyaya birləşmək çağırışı ilə çıxış etməyə risk etməməsi Rusiya üçün Qarabağda baryerin Krımla müqayisədə xeyli yüksək olduğunu göstərdi" - deyə lragir.am saytı yazır.

1in.am saytı isə Xankəndində təşkil edilən mitinq və konsertlə bağlı bədnam erməni yazıçısı Zori Balayanın ötən ilin payızında Putinə yazdığı açıq məktubu yada salır. Həmin məktubda Balayan Putini Gülüstan sülh müqaviləsinə istinad edərək Dağlıq Qarabağı Rusiyaya birləşdirməyə çağırırdı. Ermənistan rəhbərliyi bu məktuba heç cür reaksiya vermədi.

Qeyd edək ki, Krımın Rusiya tərəfindən ələ keçirilməsindən sonra Dağlıq Qarabağın da Rusiyaya birləşdiriləcəyini növbəti dəfə Dövlət Dumasının vitse-spikeri, Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski dilə gətirmişdi. Jirinovski Rusiya radiosuna müsahibəsində demişdi ki, Azərbaycanla Ermənistan onsuz da öz aralarında Dağlıq Qarabağa dair razılıq əldə edə bilməyəcəklər. Ona görə də ən yaxşısı bu ərazini Rusiyaya birləşdirməkdir ("Musavat").

Tarix
2014.03.19 / 15:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla