Yuxarı

FTB-çiyə Türkiyədən Gülən xəbərdarlığı edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu mövzu ilə bağlı böyük narahatlıq içindəyik".

"Axar.az" türk mediasına istinadən xəbər verir ki, bu sözlər Fətullah Gülənlə bağlı ilginc fikirlər dərc edən, onun Azərbaycan məktəblərində Mərkəzi Kəşfiyyat İdarəsi agentlərinin olması haqda iddialar irəli sürən keçmiş FTB əməkdaşı Pol L. Vilyamsa xəbərdarlıq məktubunda yer alıb.

Sizə xəbərdarlıq edirik

Verilən xəbərdə bildirilir ki, Vilyamsın kitablarını nəşr edən nəşriyyata bir "mesaj" göndərilib. "Prometheus Books"a özünü müstəqil redaktor olaraq təqdim edən B.D. adlı şəxs mesajında bunları yazıb:

"Dəyərli dostlar. Mən Türkiyənin müstəqil redaktorlarından biriyəm. Türkiyənin qəzetlərinin birində sizin yazarlarınızdan olan Pol Vilyams haqqında bir xəbər çıxıb. Əslində 2013-cü ilin 17 dekabr tarixindən indiyə kimi davamlı olaraq yalan xəbərlər verilir. Lakin bu xəbərdə Vilyams Pensilvaniyada yaşayan dini lider Fətullah Gülənin "terrorçu, şantaj edən" olduğunu deyir və xəbərdarlıq edir. Bu mövzu haqqında böyük narahatlıq içindəyik. Lütfən cənab Vilyamsın mənimlə, ya da Türkiyədəki hər hansı bir televiziya, ya da qəzetlə əlaqə saxlamasını təmin edin. Bu mövzunun təcili olması haqqında sizə xəbərdarlıq edirik".

Xatırladaq ki, iki gün öncə saytımızda FTB-nin keçmiş müşaviri Pol L. Vilyamsın müsahibəsi əsasında hazırlanan "FTB: "Gülənin Azərbaycan məktəblərində MKİ agentləri işləyir"" başlıqlı materialı təqdim etmişdik.

Tarix
2014.03.19 / 11:35
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla