Yuxarı

Doğuşda əkiz körpələri ölən ananın vəziyyəti ağırdır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında doğumdan sonra ölən əkiz körpələrin anası Gülnarə Şəmiyevanın vəziyyəti ağırdır.

Bu haqda "Axar.az"a məlumat verən G.Şəmiyevanın qohumları bildirir ki, dünən səhər saatlarında Bakıya gətirilən ana Mirqasimov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Xəstənin qohumları qeyd edir ki, körpələrin ölümü və ananın vəziyyətinin ağırlaşması mediada işıqlandırıldıqdan sonra Səhiyyə Nazirliyi ananı müalicə üçün Bakıya gətirib.

Hazırda vəziyyəti ağır olan və reanimasiya şöbəsinə yerləşdirilən G. Şəmiyeva üçün yaxınları təcili donor qan axtarır.

Bildirirlər ki, hər qan qrupundan olan donor qəbul edilir: "Ananın vəziyyəti ağırdır. Neçənci qan qrupu olmasının fərqi yoxdur. Yığılan qan lazım olan qanla Qan bankında dəyişdiriləcək. Yardım etmək istəyənlər (077) 718 18 12 nömrəsi ilə əlaqə saxlasın".

Qeyd edək ki, dünən Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Gülnarə Şəmiyeva doğuşla əlaqədar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının Doğum Şöbəsinə daxil olub. Təbii doğuş alınmadığı üçün dərhal əməliyyata qaldırılan qadının əkiz oğlan uşaqlarının öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2014.03.19 / 11:28
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla