Yuxarı

“Bank of Baku”nun rəhbəri vəzifəsindən azad olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bank of Baku"nun Müşahidə Şurasının sədri dəyişdirilib.

"Axar.az"ın "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, dünən Müşahidə şurasının sədri dəyişdirilib. Artıq yeni sədrin kimliyi də məlum olub. Yeni sədr isə Elmir Həbibullayevdir. O, bundan əvvəl Azərbaycan Beynəlxalq Bankının baş direktoru olub.

Qeyd edək ki, bir neçə həftə əvvəl "Qafqazinfo" "Bank of Baku"da MTN tərəfindən əməliyyatın keçirildiyi və və bankın müşahidə şurasının sədri Elçin İsayev də başda olmaqla bir sıra yetkili şəxslərin saxlanıldığı barədə xəbər yaymışdı. Sonradan bankda əməliyyat keçirilməsi təsdiqlənsə də, E. İsayev həbs xəbərini təkzib etmişdi.

Dünən isə Elçin İsayev vəzifəsindən azad olunub. Redaksiyamıza daxil olan məlumata görə, sədrin vəzifəsindən azad olunmasına səbəb elə həmin əməliyyatdır. Yaxın günlərdə E. İsayevlə bağlı digər qərarların veriləcəyi də gözlənilir.

Məsələ ilə bağlı açıqlama verən bankın eks müşahidə şurasının sədri Elçin İsayev vəzifədən azad olunmasının prosedur qayda ilə əlaqələndirib. Onun sözlərinə görə, əslində vəzifəsi və məsuliyyəti artıb:

"İndi Müşahidə Şurasının üzvüyəm. Sədrin baş müşaviriyəm. Eyni zamanda da bankın təsisçilərindən biriyəm".

Tarix
2014.03.19 / 10:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla