Yuxarı

Rusiya Xəzərlə bağlı sazişi təsdiqlədi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Nazirlər Kabineti Xəzər dənizinin hidrometeorologiyası sahəsində Azərbaycan, İran və Qazaxıstanla əməkdaşlıq haqqında sazişi təsdiqləyib. Müvafiq sənəd çərşənbə günü Nazirlər Kabinetinin saytında dərc olunub.

Sazişin layihəsi iştirakçı ölkələrin milli meteoroloji və hidroloji xidmətləri tərəfindən hazırlanıb. Sənəd 2013-cü il 27-28 noyabr tarixində Aşqabadda keçirilmiş Xəzər dənizinin hidrometeorologiyası və çirkləndirilməsinin monitorinqi üzrə Koordinasiya Komitəsinin 18-ci sessiyası zamanı tam razılaşdırılıb (Trend).

Rusiya Nazirlər Kabinetinin qeyd etdiyi kimi, saziş müşahidələrin beynəlxalq məlumat mübadilələrin genişləndirilməsi, Xəzər dənizinin vəziyyəti haqqında analitik və proqnoz informasiyası üçün hüquqi baza yaradacaq.

Dövlətlər milli müşahidə şəbəkələrinin inkişafı məsələlərində qarşılıqlı fəaliyyət göstərəcək, Xəzər dənizinin vəziyyətinin proqnozu metodlarının təkmilləşdirilməsi, vahid geoloji məlumat sisteminin əsaslarının, hidrometeorologiya sahəsində kadrların təhsil və ixtisaslarının artırılması və bəzi başqa sahələr üzrə koordinasiya tədbirləri hazırlayacaqlar.

Tarix
2014.03.19 / 10:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla