Yuxarı

Alla Puqaçovanın kürəkəni Krıma sərmayə qoyur

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krımda bazar günü referendumun nəticələri başa çatar-çatmaz rusiyalı sahibkarlar artıq yarımadaya sərmayə qoymağa girişib.

"Axar.az" məlumat verir ki, bunların sırasında SSRİ və Rusiyanın Xalq artisti Alla Puqaçovanın qızı, müğənni Kristina Abrokaytenin çeçenəsilli keçmiş əri, sahibkar Ruslan Baysarov da yer alıb.

Verilən məlumata görə, o, Alşutoy və Feodosiya arasındakı sağlamlıq mərkəzinə 12 milyard rus rublu civarında sərmayə qoymağa hazırlaşır. Krımlı məmurlar sahibkarlara müxtəlif imtiyazlar və vergilərdən azad olunma kimi vədlər veriblər.

Bildirilir ki, Baysarovu Krım rəhbərliyinə Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırov təqdim edib. Kadırov bunu etiraf edərək, məsələ ilə əlaqədar Aksyonovla telefon danışığı apardığını vurğulayıb. Digər çeçen sahibkarlarının da müəyyən işlərə cəlb olunacağı gözlənilir.

Xatırladaq ki, Ruslan Baysarov Çeçenistan rəhbərinə olduqca yaxın sahibkarlardan sayılır və Qroznı şəhərinin yenidən qurulmasında onun maliyyə dəstəyindən istifadə olunub.

Məlumat üçün qeyd edək ki, Alla Puqaçovanın kiçik nəvəsinin atası Ruslan Baysarovdur.

Tarix
2014.03.19 / 01:33
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla