Ana səhifə Planet |
Ukraynanın Baş naziri Arseni Yaçenyuk ölkə əhalisinə müraciət edib.
"Axar.az" məlumat verir ki, əsasən cənub və şərq bölgəsinin vətəndaşlarına səslənən Yaçenyuk həmin regionda rus dilinin rəsmi status alacağını bildirib. Baş nazir qeyd edib ki, hazırda Ukrayna prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov məhz Dnepropetrovskidəndir və onun tam dəstəyi ilə Kivalov-Kolesniçenkonun dil haqqında hazırladığı qanun qüvvədə saxlanılıb.
Xatırladaq ki, Ukraynada hökumət dəyişıkliyindən sonra Ali Radanın müzakirəyə çıxardığı məsələ Dil haqqında Qanun layihəsi oldu. Nəticədə, rus dili dövlət dili statusundan düşərək, regional dil olmalıydı. Səbəb kimi isə ölkənin 27 adminstrativ ərazi bölgüsünün 13-ündə əksəriyyətin rus dilində danışması və bunun da ümumi əhalinin 10 faizini təşkil etməsi göstərilirdi.
Qeyd edək ki, bununla bağlı həmin bölgələrdə ciddi etirazlara start verilib. Məsələnin qəlizliyini görən prezident Aleksandr Turçinov qanunun qəbuluna veto qoyub.
Tarix
2014.03.19 / 00:50
|
Müəllif
Ruslan Məmmədoğlu
|