Yuxarı

İlham Əliyevin fəaliyyətini əks etdirən infoqrafika hazırlanıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin internetdə fəaliyyətini əks etdirən resursların hazırkı vəziyyəti haqqında infoqrafika hazırlanıb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, prezidentin rəsmi "Facebook" səhifəsində yerləşdirilən infoqrafika-videoçarxda göstərilir ki, hazırda ölkə başçısının "Facebook" səhifəsi izləyicilərinin sayı 300 min nəfər təşkil edir. İzləyicilərin 70 faizini 18-38 yaş arası gənclər əhatə edir. Gündəlik aktiv istifadəçilərin sayı 80 minə çatır. Səhifəyə gündəlik baxış sayı 250 mini ötür, həftə ərzində 5 mindən artıq istifadəçi qoşulur. Səhifədə yerləşdirilən hər yeni post 100 min nəfərdən çox istifadəçiyə çatdırılır. Həftə ərzində 1 milyon baxış olub.

Azərbaycan prezidentinin "Twitter" səhifəsi iki dildə - Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Azərbaycan dilində olan bölmənin 73 min, ingilis dilindəki bölmənin 63 min istifadəçisi var. Bugünədək 3 min "tvit" paylaşılıb.

Ölkə başçısının "YouTube" videoxidmətində olan kanalında 500 video yerləşdirilib. Videolara 1 milyon 750 min baxış qeydə alınıb. Daimi izləyicilərin sayı 5 min nəfəri keçib. Əhatə coğrafiyasına 132 ölkə daxildir.

Prezidentin "İnstagram" fotoxidmətində yaradılan səhifəsində 250-dən artıq şəkil yerləşdirilib. Səhifənin izləyicilərinin sayı 18 mini ötüb.

Bunlarla yanaşı, ölkə prezidentinin "Vimeo" və "Flikr" xidmətlərində də səhifələri fəaliyyət göstərir.

Xatırladaq ki, 2013-cü ildə Azərbaycan prezidentinin məktəblilər üçün internet səhifəsi yaradılıb.

Tarix
2014.03.18 / 19:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla