Yuxarı

650-dən çox Qarabağ əlilinə avtomobil veriləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2-3 ay ərzində 660 Qarabağ müharibəsi əlili avtomobillə təmin olunacaq.

Bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, artıq respublikaya 1530 dəstləşdirici hissələr çatdırılıb və hazırda onların yığılması prosesi gedir. Avtomobillər Naxçıvan Avtomobil Zavodunda yığılır.

S.Müslümov bildirib ki, təqribən 150 avtomobil aprelin əvvəlində təhvil veriləcək: "Avtomobillər hazır olduqca kiçik hissələrlə - 50-100 ədəd Bakıya çatdırılacaq".

Nazirin sözlərinə görə, avtomobillərin verilməsinə ciddi nəzarət ediləcək: "Avtomobil almaq üçün müraciət edənlərin siyahısı nazirliyin saytında dərc olunacaq və hər bir vətəndaş növbədə sayca neçənci olmasını əyani şəkildə görə bilər".

S.Müslümov qeyd edib ki, avtomobillərin verilməsi prosesində şəffaflığı təmin etmək məqsədi ilə, həmçinin nazirliyin mənzil və digər məsələlərinin həllində müvafiq nazirlik və Qarabağ müharibəsi veteranları və əlillərinin yaratdığı qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət xüsusi komissiyanın yaradılması üzrə həll layihəsi hazırlanıb.

1998-2003-cü illərdə Qarabağ müharibəsi əlillərinə 1230 minik avtomobili verildiyi halda, 2004-2013-cü illərdə bu rəqəm 2300-ü ötüb. (Trend)

Tarix
2014.03.18 / 19:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla