Yuxarı

Şəhid əsgərimiz dəfn edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Döyüş tapşırığını yerinə yetirərkən düşmənin açdığı atəş nəticəsində dünən şəhid olmuş əsgər Həsənov Elvin Çingiz oğlu Sumqayıt şəhərində dəfn olunub.

"Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Sumqayıt şəhər İcra Hakimiyyəti, şəhidin təhsil aldığı məktəbin kollektivi və hərbi hissənin nümayəndələri, o cümlədən şəhər ictimaiyyəti və müxtəlif təşkilatların rəhbər şəxsləri iştirak ediblər.

Şəhidin yaşadığı mənzilin eyvanından Azərbaycan Respublikasının Dövlət Bayrağı asılmış, binanın qarşısında isə vida mərasimi təşkil edilmişdir.

Mərasimində çıxış edən Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalını şəhidin anası Mətanət Əliqızına təqdim edib.
Şəhidin anası "Təki Vətən sağ olsun!", - deyərək oğlunun layiq görüldüyü medalı bağrına basıb. Sonra şəhidin babası Əli Məmmədov çıxış edərək, yeganə oğlan nəvəsinin torpaqlarımızın müdafiəsi zamanı şəhid olmasından qürur duyduğunu, dəfn mərasiminin yüksək səviyyədə təşkilinə görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Mərasim başa çatdıqdan sonra Şəhidin cənazəsi fəxri qaravulun və böyük izdihamın müşayiəti ilə Sumqayıt şəhərinin Şəhidlər Xiyabanına aparılıb.

Şəhid əsgəri ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim edilib.

Mərasim iştirakçıları Şəhidlər Xiyabanını "Şəhidlər ölməz, Vətən bölünməz!" sədaları altında tərk ediblər.

Tarix
2014.03.18 / 18:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla