Yuxarı

Heydər Əliyevin imzasına Sevil Əliyevadan qadağa

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonda "Golden & Co" şirkəti tərəfindən Azərbaycan oliqarxları üçün xüsusi olaraq hazırlanmış və üzərində ümummilli lider Heydər Əliyevin imzası olan qızıl korpuslu "iPhone 5S gold limited" telefonlarının istehsal olunması ilə bağlı ötən gün kütləvi informasiya vasitələrində yayılmış məlumatlara Heydər Əliyevin qızı Sevil Əliyeva münasibət bildirib.

Məlumata görə, S.Əliyeva bu hadisədən nəinki sevinmədiyini, əksinə, hiddətləndiyini bildirib: "İnternet saytlarında yayılmış məlumatlara görə, Londonda "Golden & Co" şirkəti tərəfindən Azərbaycan oliqarxları üçün atam, ümummilli lider Heydər Əliyevin imzası həkk olunmuş qızıl korpuslu "iPhone 5S" telefonları buraxılıb.

Bu hadisə məni nəinki sevindirmədi, hətta hiddətləndirdi. Azərbaycan üçün ən mühüm, ən taleyyüklü sənədlərdə olan, ölkənin xilaskarı və qurucusu dahi Heydər Əliyevin imzasının kiminsə cibində və ya çantasında gəzdirdiyi məişət əşyalarının üzərində olmasını böyük günah hesab edirəm. Mən Heydər Əliyevin qızı kimi belə xoşagəlməz hallara kəskin etiraz edir və qadağa qoyuram" ("Spacenews.az").

Tarix
2014.03.18 / 16:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla