Yuxarı

"Sovetski" camaatı İcra Hakimiyyəti ilə razılaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı: "Artıq "Sovetski" camaatı axışır ki, pulumuzu verin, köçürük".

"Köçmək üçün müraciət edən "Sovetski" sakinlərindən 110 nəfər artıq pulunu alıb". Bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev deyib.

Onun sözlərinə görə, indiyədək pulları ödənilmiş sakinlərdən 20-nin evi sökülüb, 15 evin də bir neçə günə sökülməsi nəzərdə tutulub: "Bir aydan sonra, pulları ödənilmiş digər sakinlər də özlərinə ev tapdıqdan sonra onların da evlərini sökəcəyik. Artıq "Sovetski" məhəlləsindəki camaat Yasamal Rayon İcra Hakimiyyətinə axışır ki, pulumuzu verin, köçürük. Hər gün ən azı 25-30 nəfər müraciət edir. Ümumiyyətlə, hazırda 150 nəfər növbədə dayanıb. Bu gün komissiya onların da müraciətlərinə baxacaq və sənədlər banka təqdim olunacaq ki, onların da pulları verilsin. İşimiz yaxşı gedir, camaat da razılıq edir".

İ.Mehdiyev evlərinin sahəsi az olan "Sovetski" sakinləri ilə bağlı məsələnin hazırda Nazirlər Kabinetində müzakirə olunduğunu qeyd edib: "Nazirlər Kabineti hələ bununla bağlı bizə təklif təqdim etməyib. Güman edirəm ki, dövlətimiz bu məsələyə müsbət rəy verəcək. Camaatımız narahat olmasın, prezident bu məsələyə çox humanist yanaşır. Humanist yanaşmasaydı, bu məsələ də gündəmə gətirilməzdi".

Qeyd edək ki, "Sovetski" məhəlləsində söküləcək evlərdə 1 kv. m üçün 1500 manat təklif olunub. Sakinlərin bir qrupu bu məbləğlə razılaşmır.

Tarix
2014.03.18 / 16:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Zelenskini COP29-a dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla