Yuxarı

Rus gəmisinə Bakı limanına yan almaq izni verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ay yarımdan çoxdur ki, Xəzərin Azərbaycan hissəsində mühərriki sıradan çıxan və borcu olduğu üçün limana buraxılmayan Rusiya quru yük gəmisi ilə bağlı razılaşma əldə olunub.

Məlumata görə, "Vatan-1" gəmisinə Bakı limanına yan almağa və lövbər salmağa nəhayət ki, icazə verilib. Bu, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin işə qarışmasından sonra mümkün olub.

Xəbər verildiyi kimi, gəmidə ərzaq, içməli su və yanacaq qurtarmışdı. Heyət üzvləri Rusiya hakimiyyətindən internet vasitəsilə kömək istəyirdi. Gəmi ay yarım əvvəl Bakıya sement gətirib, yükünü boşaldıb geri qayıtmaq istərkən əsas mühərriki sıradan çıxıb.

Eyni zamanda gəminin sahibi olan şirkət Bakı limanına olan 100 min dollar borcunu, heyət üzvlərinin maaşlarını ödəmir və mühərrikin təmiri üçün ehtiyat hissələri göndərmir. 10 nəfərlik heyət üzvünün 6-ı Ukrayna, 4-ü Rusiya vətəndaşıdır.

Bildirilir ki, Həştərxan qubernatorunun işə qarışmasından sonra Azərbaycan Dövlət Dəniz Administrasiyasının qəza-xilasetmə gəmisi Bakı sahillərindən 15 kilometr məsafədə dreyf edən "Vatan-1"ə yan alıb, hazırda gəmi limana çəkilir.

Gəmi limana yan aldıqdan sonra onun sahibi olan şirkətin təsisçiləri, gəmi kapitanı və Bakı limanının nümayəndələri arasında yaranmış problemin həlli üçün müzakirələr olacaq ("Virtualaz.org").

Tarix
2014.03.18 / 14:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla