Yuxarı

Fələstinli uşaqlar üçün vahiməli İsrail həbsxanası

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail əsgərləri gecə təşkil etdiyi basqınlarla fələstinli uşaqları qanunsuz şəkildə həbs edir.

"Axar.az" bu barədə türk mətbuatına istinadən xəbər verir. İsrail həbsxanalarında təkkameralı hücrələrə atılan uşaqlar psixoloji zərbə alırlar. Avropa-Aralıq dənizi İnsan Haqları Komissiyasının İsrail ordusunun fələstinli uşaqları həbs etməsi ilə bağlı hazırladığı hesabatda son iki ildə həbslərin 80% artdığı bildirilib.

İnsan Haqları Komissiyasının tərtib etdiyi hesabatda keçən iki ay ərzində İsrail əsgərlərinin 740 fələstinli uşağı həbs etdiyi yazılıb. Həbs olunan uşaqların yarısı ən azı 1 həftə İsrail həbsxanalarında saxlanılır.

Uşaqların həbs olunmasının səbəbi kimi İsrail əleyhinə olan aksiya və mitinqlərə qatılmalarını göstərən İsrail uşaqların gözünü qorxudaraq onları əzməyi planlaşdırır. Aksiya və mitinqlərə qatılmaq nə beynəlxalq, nə də milli konstitusiya görə cinayət sayılmır.

Gecə yarısı həbs olunurlar

Uşaqlarda qalıcı psixoloji travmaların yaradılması və ailələrinin narahat olması üçün həbslərin hamısı gecə saatlarında həyata keçirilir. Uşaqlar İsrail həbsxanalarına aparılar-aparılmaz təkkameralı otaqlara salınırlar. Bu da onların psixologiyasına ağır zərbə vurur.

İsrail əsgərləri tərəfindən həbs olunan bəzi uşaqlar istintaq əsnasında ciddi təzyiqlərə məruz qaldıqlarını bildiriblər. Uşaqları tualetə getməkdən, yemək yeməkdən məhrum edən İsrail əsgərləri uşaqları təhqir etməkdən, vurmaqdan da çəkinmir.

Tarix
2014.03.18 / 14:29
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla