Yuxarı

Jirinovski: “Stalin doğru qərar vermişdi”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinvski növbəti qalmaqallı açıqlama verib.

"Axar.az" məlumat verir ki, Dövlət Dumasının növbəti plenar iclasında çıxış edən Jirinovski Polşa, Rumıniya və Macarıstana müraciət edərək, tarixi ədalətin bərpası kimi Ukraynanın qərb hissəsini özlərinə götürməyi, şərq vilayətlərinin isə Rusiyaya birləşdirilməsini təklif edib: "Hesab edirəm ki, tarixi rus torpaqlarının rus bayrağı altına keçməsinin vaxtı çatıb. Amma bununla belə, etiraf etməliyik ki, Ukraynanın qərbi digər ölkələrə verilməlidir. Bilirsiniz ki, alman faşistlərinin hücumunun qarşısının alınması üçün, çox ədalətli olaraq, Stalin həmin əraziləri Sovetlər Birliyinə birləşdirmişdi".

Jirinovski bildirib ki, rus torpaqları olmasaydı, Ukrayna ərazilərindən söhbət gedə bilməzdi: "Məsələn, Luçk, Lvov, Ternopol, İvano-Frankovski və Rovno - bu ərazilər doğurdan da Polşanın torpaqlarıdı. Mən oralarda dəfələrlə olmuşam, hamı macar və polyak dilində danışır. Rusdillilərə tək-tək rast gəlmək mümkündü. Stalin buraların alınmasını heç Hitlerlə də razılaşdırmamışdı".

Qalmaqallı çıxışları ilə seçilən partiya sədri bir qədər də irəli gedərək, Ukraynada dövlətçilyin olmamasından istifadə etməklə, yuxarıda adları çəkilə ölkələrin gənclərini Ukraynanın qərbinin özlərinə birləşdirilməsi uğrunda tezliklə mübarizəyə başlamağa çağrıb.

Paytaxt Kiyevə gəlincə, o bildirib ki, sözügedən tarixi şəhərin taleyini sonra da həll etmək mümkündür.

Tarix
2014.03.18 / 13:43
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla