Yuxarı

Doğuş zamanı iki ölüm, ana ağır durumda - Həkim terroru

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda hamilə qadının qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi əkiz körpələr ölüb.

Bu haqda "Axar.az"a məlumat verən ana - Gülnarə Şəmiyevanın qohumları deyir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünən gecə dünyaya gələn körpələrin vəziyyəti əvvəlcə yaxşı olub.

Onların sözlərinə görə, qeysəriyyə əməliyyatını həyata keçirən İlham adlı cərrah körpələrin səhhətində heç bir problem olmadığını deyib:

"Doğumdan sonra uşaqların normal olduğunu bildirdilər. Lakin səhər saatlarında əkizlər vəfat edib. Körpələrin hansı səbəbdən öldüyünü bilmirik. Bu haqda məlumat da vermirlər. Normal olan uşaqlar heç bir səbəb olmadan niyə ölə bilər ki?"

Hazırda vəfat edən körpələrin anası Gülnarə Şəmiyevanın vəziyyətinin də ağır olduğu bildirilir. Xəstənin qohumları bildirir ki, əməliyyatdan sonra durumu ağırlaşan ana üçün rayon xəstəxanasına Bakıdan həkim çağırılıb:

"Lakin hələ də Bakıdan heç kəs gəlməyib. Biz ananı Bakıya aparmaq istəsək də, həkimlər buna imkan vermir. Problemlə bağlı Səhiyyə Nazirliyinin qaynar xəttinə də məlumat vermişik".

Faktla bağlı araşdırma aparılır.

Tarix
2014.03.18 / 13:14
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla