Yuxarı

Azərbaycanlı məşqçilər özlərini biabır etdilər – Sorğu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu həftə Azərbaycanda daha bir məşqçi istefası gerçəkləşdi. 2 ilə yaxın idi AZAL-ın baş məşqçi postunda olan Vaqif Sadıqov komandadan getdi.

Məlumata görə, "Neftçi" ilə oyuna "təyyarəçilər"i köməkçi məşqçi Şakir Qəribov çıxardıb. Oyundan sonra Qəribov AZAL rəhbərliyini "yıxıb-sürüməklə" yanaşı, azərbaycanlı məşqçilərin klublara gedərkən peşəkar müqavilə imzalamamsını da iddia edib.

Bu, əslində çox aktual məsələdi. Mətbuat yerli mütəxəssislərlə əcnəbiləri müqayisə edərkən bu məsələni tez-tez qabardır, azərbaycanlı məşqçilərdən peşəkar olmağı tələb edir. Amma onlar hələ də bu yöndə üzləşdikləri problemlərdən dərs çıxarmır, peşəkar amilləri qəbul etmək, mənimsəmək istəmirlər, baş məşqçi postuna gedərkən müqavilə imzalamırlar. Bunun nəticəsində də istefa verərkən təzminat ala bilmirlər. "Kişi sözü" ilə addım atan mütəxəssislər sonda bu qeyri-peşəkarlığın qurbanı olurlar. Futbolinfo.az saytı məsələ ilə bağlı yerli mütəxəssislərdən münasibət öyrənib və onlar qeyri-perşəkar olduqlarını etiraf ediblər.

Yunis Hüseynov: "O düzdü ki, biz klublara baş məşqçi gedərkən peşəkar müqavilə imzalamırıq. Bizdə inam deyilən şey var. Azərbaycanlı məşqçilər klub rəhbərlərini tanıyır, münasibətimiz olur deyə, müqavilə imzalamırıq. Amma düzgün etmirik. Deyirik ki, inam var, danışdıq bəsdi. Mənə elə gəlir ki, bundan sonra elə etmək lazım deyil. Əgər mən bir də hansısa kluba getsəm, peşəkar müqavilə imzalayacağam. "Xəzər Lənkəran"da işləyərkən peşəkar müqavilə imzalamışdım. Onlar bütün məşqçilərlə UEFA səviyyəsində olan müqavilə imzalayırlar. Ona görə də orada bağlamışdım. Amma müqavilənin dərinliklərinə getməmişdim, onu xırdalamamışdım. Qol çəkdim, razılaşdıq, bitdi. Detalları xırdalamadım. Çünki arada hörmət var idi".

Ağasəlim Mircavadov: "Bu barədə çox danışmışıq. Azərbaycan futbolunda nə uğurlar olubsa, hamısını yerli məşqçilər qazanıb. Amma onlarla peşəkar müqavilə imzalanmır. Səbəbini isə klub prezdentlərindən soruşmaq lazımdı. Xarici məşqçilərlə necə müqavilə imzalanırsa, yerlilərlə də elə olmalıdı".

Elxan Abdullayev: "Bizim klublarda peşəkar müqavilə imzalanmır. Yəni Avropa səviyyəsində müqaviləyə qol çəkmirik. Bunu klub rəhbərlərini, orada işləyənləri tanıyırıq deyə, tələb etmirik. Bu, bizim mentalitetdən irəli gəlir. Bu da elə nəticələnir ki, klubdan ayrılanda bir qəpik də ala bilmirlər".

Tarix
2014.03.18 / 11:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla