Yuxarı

Sözünü ayağı ilə deyən qız - Axar TV

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailənin ilk övladı Samirə Salmanova dünyaya göz açandan həkim məsuliyyətsizliyi üzündən fiziki qüsurla böyüməli olub. Yeriməyə, danışmağa, əliylə nəsə tutmağa, fikirlərini ifadə etməyə çətinlik çəkir. O, yalnız yeriməyi bacarır, ancaq bunu da başqalarının köməyi olmadan edə bilmir.

Samirənin özüylə söhbət edə bilməsək də, bizi anlayır və fikirlərini anasının vasitəsilə çatdırmağa çalışırdı.

Anası Faiqə xanımla söhbətimiz zamanı məlum oldu ki, Samirənin rəsmə olan həvəsi qardaşının dəftər-qələmlə işləməsindən sonra yaranmağa başlayıb... Onun bu bacarığı 8 yaşından üzə çıxıb. Beləliklə, indi o öz üzərində işləyərək dili ilə söyləyə bilmədiklərini boyaların və fırçanın köməyi ilə çatdırmağa çalışır. Başqa sözlə desək, Samirənin xəyalında canlandırdığı həyat çəkdiyi rəsmlərdə üzə çıxır.

Elə olur ki, gətirib ona pul verirlər

Samirəni ən çox incidən insanların ona olan münasibətidir. Faiqə xanim deyir ki, hərdən parkda gəzməyə gedəndə insanların ona acıdığını görür. Hətta elə də olur ki, gətirib ona pul verirlər, bu da Samirənin özünə qapanmasına, gileylənməsinə səbəb olur.

İstəyirəm arabam olsun

Samirə həmişə valideynlərinə deyir ki, mənim kimi xəstə olanlara xüsusi arabalar verirlər. O da istəyir ki, anasından kömək istəmədən, heç kimə əziyyət vermədən özü sərbəst hərəkət edə bilsin. Samirənin üzv olduğu Əlil Qadınlar Cəmiyyəti isə bu vaxta qədər onunla bir dəfə də olsun maraqlanmayıb. Ona qarşı cəmiyyətin bu cür biganəliyi qızcığazı həyatdan küsdürür.

İstəyirəm öz otağım olsun

Samirədən ən böyük arzusunu soruşduq... Həyatdan heç nə istəmir, tək arzusu rahat yaşaya biləcəyi bir evinin, özünə məxsus otağının olmasıdır. Faiqə xanım deyir ki, Samirənin cavabı həmişə belə olur: "İstəyirəm öz otağım olsun, şəkillərimi rahat çəkim, hec kimə mane olmayım... İstədiyim vaxt televizora baxım... Kompüterdə dostlarımla yazışım..."

Elə də əlçatmaz deyil Samirənin arzuları, amma hər şey maddiyyata bağlıdır... Maddi vəziyyəti imkan versə, arzuları çin olacaq və kim bilir, bəlkə də gələcəkdə tanınmış bir rəssam kimi yetişəcək.

Onu da qeyd edək ki, Samirə boş vaxtlarını sosial şəbəkələrdə dostları ilə ünsüyyətdə keçirir. O... ayaqlarının vasitəsi ilə yazır.

Həkimlər Samirənin müalicəsinin yalnız Almaniyada mümkün olduğunu deyir. Ailənin isə buna maddi imkanı təəssüf ki, çatmır... Tək istəkləri isə Samirənin arzuladığı evlə təmin olunmasıdır.

Tarix
2014.03.18 / 11:15
Müəllif
Gülər Nəsibova
Şərhlər
Digər xəbərlər

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla