Ana səhifə Maqazin |
Çiçəklər doğulur bu yaz gecəsi,
Bu yaz gecəsində ölməyə nə var?!..
Havadan yaz qoxusu gəlir. Ramiz Rövşənin misralarını zümzümə edə-edə müsahib axtarışına çıxırıq. Seçimimiz Xalq artisti Nazpəri Dostəliyevadan yana olur. Əcəba, səsi, sənəti kimi özü də füsunkar olan Nazpəri xanım Novruza necə tədarük görür, şəkərbura-paxlava bişirib səməni göyərdirmi?
Xəbərsiz-ətərsiz gəldiyimizə baxmayaraq, Nazpəri xanım bizi
gülərüzlə qarşıladı.
- Bizi qarşılayanda çox içdən söylədiniz ki, havadan
baharın nəfəsi duyulur. Deyəsən, baharı çox
sevirsiz...
- Çox. Baxmayaraq ki, dekabrda dünyaya gəlmişəm, yazın gəlişini
həmişəsəbirsizliklə gözləyirəm. Ağacların yarpaqlaması, çiçəklərin
doğulması, quşların səsi, günəşin hərarəti-bütün bunlar məndə gözəl
əhval-ruhiyyə yaradır. İnsan baharı, istiliyi sevdikcə öz içində də
hər kəsə qarşı bir istilik, sevgi, doğmalıq hissi olur.
- Bahar fəsli həm də ölkəmizə Novruz bayramı ilə qədəm
basır. Novruz bayramı keçmişdən indiyə Nazpəri xanımın xatirində
necə qalıb?..
- Bizimçün bir müqəddəs Ramazan bayramı var, bir də milli oyanış
bayramımız olan Novruz. Hər iki bayramın təmtəraqla qeyd olunması
ailəmizdə bir ənənədir. Lap uşaqlıqdan göz açıb bu iki bayramın
xüsusi qeyd olunduğunu görmüşəm. Bir-iki ay əvvəldən tədarük
başlanardı. Rəhmətlik anam həmişə səməni göyərdərdi, şəkərbura,
paxlava bişirərdi. Mütləq bir ay qabaqdan evlər təmizlənərdi. Həmin
adətlər bugün mənim ailəmdə eyni qaydada davam edir. Mən bu
qaydaları gəlinlərimə də öyrətmişəm. Çünki Azərbaycanın milli
dəyərləri mənimçün hər zaman əziz tutulub, bu adət-ənənələrlə
yaşamışam. Bir azərbaycanlı qızı olaraq, bu adət-ənənələrimizə daha
doğmalıqla yanaşmışam. Artıq gəlinlərimlə bərabər Novruz
hazırlığına başlamışıq. Evlər təmizlənib, bu gün şəkərbura-paxlava
bişirəcəyik.
- Bişirdiyiniz şəkərbura-paxlavadan özünüz dəyeyirsiz,
yoxsa kökəlməkdən qorxursuz?
- Şirniyyat yeməkdən bir az qaçıram. Ümümiyyətlə, az yeməyi
xoşlayıram. Düzdür, bəzi insanlar deyirlər ki, bayramda çox
şirniyyat yeyib kökəlirik. Amma mənim belə bir problemim yoxdur.
Çünki çox yemək yemirəm.
- Qayınana olaraq, gəlinlərinizin hansını daha çox
istəyirsiz?
- İkisini də. İnan ki, nəinki bayramlarda, adi günlərdə də hər
ikisinə eyni hədiyyələri alıram. Gəlinlərim də özümə oxşayıb, bu
evin adət-ənənəsini gələn gündən götürüblər. Çox tərbiyəli, həssas,
anlayışlıdırlar. Hətta böyük gəlinim vaxt olub ki, ayaqqabımı
ayağıma geyindirib. Özümü nasaz hiss edirdim, heç gözləmədiyim
halda, əyilib ayaqqabımı geyindirdi. Kiçik gəlin buna
təəccüblənəndə isə cavabı belə olub: "O, bizim anamızdır, evimizin
böyüyüdür, lazım gəlsə, ayaqqabısını da ayağına
geyindirməliyik".
- Arada qısqanclıq olmamış olmaz...
- Çox qısqanırlar. Böyük gəlin Nərmin xüsusilə qısqanır. Amma
mən çalışıram onları bir-birindən ayırmayım.
- Hansı oğlunuz sizinlə qalır?
- Hər ikisinin ayrıca evi var, amma nəvələrimdən ötrü çox
darıxdığıma görə çox vaxt yanımda olurlar.
- Nazpəri xanım, bilirsiz ki, Novruz YUNESKO-nun
qeyri-maddi mədəni irs siyahısına daxil edilən milli bayramımızdır.
Novruzun paytaxtımızda böyük təmtəraqla qeyd olunması artıq ənənə
halını alıb. Ölkə Prezidenti hər il öz ailə üzvləri ilə bayramın
gəlişini paytaxt sakinlərilə birlikdə qarşılayır. Necə
qiymətləndirirsiz bu tədbirləri?
- Mən çox sevinirəm, bir vətəndaş olaraq, qürur hissi keçirirəm
ki, Ali Baş Komandanımız, dövlətimizin başçısı, cənab İlham
Əliyevin və onun gözəl xanımı Mehriban Əliyevanın xidmətləri
sayəsində Azərbaycan öz inkişafının pik nöqtəsindədir. Mehriban
xanım Əliyeva nəinki Azərbaycan xanımları, bütün dünya xanımları
üçün gözəllik, zəriflik nümunəsidir. Biz Mehriban xanımın
Azərbaycanda körpələrə, qadınlara, qocalara qayğısı, eləcə
dəmədəniyyətimizə, musiqimizə verdiyi dəyər qürurvericidir. Bütün
bunlar məni həm də bir cənət adamı kimi sevindirir. Dünyanın heç
bir ölkəsində dövlət başçısı və ya onun xanımı mədəniyyətə,
musiqiyə, sənətə, sənətkara bu qədər qayğı və diqqət göstərmir.
Baxın, bugün bütün sahələrdə, iqtisadiyyatımızdan tutmuş
mədəniyyətimizə qədər sürətli inkişafın şahidiyik. Azərbaycan bütün
dünyada tanınır, qəbul olunur. Bütün bu nailiyyətlərə əlbəttə ki,
dövlət başçımızın uğurlu, müdrik siyasəti nəticəsində nail
olmuşuq.
- Təsəvvür edin, bir zamanlar az qala çayxana səviyyəsində
tanınan aşıq musiqimiz YUNESKO səviyyəsində tanındı, eləcə də
getdikcə tənəzzülə uğrayan muğamımız…
- Tamamilə doğrudur, yalnız Şirvanda deyil, bütün Azərbaycanda
məşhur olan atam aşıq Əhmədalı Dostəliyevin ən böyük arzusu idi ki,
kaş, bizim aşıq sənətimiz, muğamımız dünya səviyyəsində tanına
biləydi. Klassik musiqilərimiz yalnız toylarda, el şənliklərində
deyil, dünya səviyyəsində təqdim olunaydı. Yadımdadır, əvvəllər
toylarda üç gün, üç gecə dastanlar deyilərdi, deyişmələr olardı.
Bir toy mərasimində 1000 nəfər yığışardı və o dastanları
dinləyərdilər. Gözəl bir şənlik ab-havası yaşanardı toylarda. Sanki
bir konsert salonuna yığışırdı insanlar. Mehriban xanım muğama və
aşıq sənətinə verdiyi ləyaqətli qiymətlə milli musiqimizə yenidən
həyat verdi. Muğamın və aşıq sənətinin nüfuzunu özünə qaytardı.
İndi məhz onun sayəsində dünyanın möhtəşəm salonlarında Azərbaycan
muğamı səsləndirilir! Muğamımızın, aşıq sənətinin, xalçalarımızın,
İçərişəhərin, Qobustan abidələrinin YUNESKO səviyyəsində tanınması
bir azərbaycanlı olaraq köksümü qabardır.
Milli adət-ənənəmiz olan Novruz bayramının da YUNESKO səviyyəsində
qəbul olunması bizlər üçün fəxarətdir. Həmişə atamın dilindən
eşidərdim ki, sovet vaxtı bu bayramın keçirilməsinə icazə
verilmirdi. Milli bayramımızı gizlincə, ailə çərçivəsində qeyd
edərdik. Novruz ənənələri, Novruz bayramının qorunub saxlanılması
və yaddaşlarda həkk olunması xalqımızın kimlik kartıdır,
pasportudur sanki, mənəviyyatımız bu adət-ənənələr üzərində
oturuşub. Çox şükür ki, artıq müstəqil dövlətimiz var, dərin
kökləri olan mədəniyyətimizə sahib çıxmış bir hakimiyyətimiz var.
Fikir verin, Azərbaycanda hər il muğam festivalları keçirilir, nə
qədər gənc istedadlar üzə çıxarılır. İnanın, Heydər Əliyev Fondunun
və birbaşa Mehriban xanımın dəstəyi sayəsində muğam, aşıq sənəti
ölümdən qurtuldu. Məni sevindirən budur ki, artıqozanlarımızın səsi
dünya ölkələrinin məşhur səhnələrindən gəlir.
- Yeri gəlmişkən, sizin də vaxtilə dünyaşöhrətli Norveç
xoru ilə bir layihəniz olmuşdu və orda siz aşıq musiqisi ifa
etmişdiniz. Xaricdə necə qarşılanmışdı bu musiqi?..
- Yaxşı xatırladınız. Heç vaxt unutmaram, 2003- 2004-cü il
illərdə Norveç xoru ilə reallaşdırdığımız o möhtəşəm layihə zamanı
sözləri Mikayıl Azaflıya məxsus bir "Naxçıvani" havası ifa
etmişdim. O musiqi Norveçdə elə bir səs salmışdı ki, hətta xorun
rəhbəri özünün əcdadının azərbaycanlı olduğunu dedi. Mən bilmirdim
ki, aşıq musiqimizi əcnəbilər belə dərk edə biləcəklər.
Düşündüyümdən də artıq oldu. O qədər duyğulandılarki, öz
soy-köklərinin Azərbaycana gedib çıxdığını vurğuladılar.
- Nazpəri xanım, sintez musiqilərdən söz düşmüşkən, əcnəbi
musiqiçilər bu sahədə çox qabağa getdikləri üçün hər sintezi də
onlara bəyəndirmək mümkün deyil. Sizcə, uğurlu sintez üçün hansı
şərtlər vacibdir?
- Ürəyimdən xəbər verdiniz. Bizim cənubi amerikalılarla bir
layihəmizi xatırlamaq istərdim. O qədər uğur qazanmışdı ki, o da
böyük rezonans doğurmuşdu. Mən bugünkügənclərimizə məhz musiqimizdə
belə uğurlu sintezlər etməyi arzulayardım. Sintez peşəkar səviyyədə
təqdim olunmalıdır.
- Bu balansı necə saxlamaq lazımdır ki?
- İlk öncə sintez savadlı və musiqi duyumu yüksək olan
sənətkarlar tərəfindən olunmalıdır. Peşəkar bir komanda həmin
layihə üzərində işləməlidir. Özünə güvənə bilməyən bir şəxs bunu
edə bilməz. Bu, mütləqdir.
- Yəqin ki, bu fikri oranjemançılarımıza da şamil
edərdiniz. Ümumiyyətlə, retro mahnıların oranjemanolunmasına necə
baxırsınız?
- Mən oranjemanların əleyhinə deyiləm, amma bu iş, yenə də
deyirəm, peşəkarlara həvalə olunmalıdır. Bu gün çox istedadlı
oranjemançılarımız, bəstəkarlarımızvar. Mən onların gələcəyini də
görürəm. Amma söhbət istedadlılardan getmir, onların da işini
kölgədə qoyan qeyri-peşəkarlar var. Oranjemançı musiqinin rəssamı
deməkdir. Oranjemançı o musiqini rəssam kimi elə çəkib təqdim edə
bilər ki, bütün dünyada ən möhtəşəm əsər kimi sevilsin.
Qeyri-peşəkar isə musiqini də məhv edə bilər, müğənnini də. Bu gün
hətta toyxana səviyyəsində təqdim olunan oranjemanlar var. Ruhdan,
qəlbdən gələn, məhəbbətlə, ustalıqla yaranan istənilən sənət
nümunəsi xalq tərəfindən qəbul olunur və zaman-zaman yaşayır.
- Bir çox xarici ölkələrdə olmusunuz. Xaricdəki
diasporumuzun fəaliyyətini necə qiymətləndirirsiz?
- Mən bu suala faktlarla cavab verəcəyəm. Moskvadakı diaspor təşkilatlarımız çox gözəl və dəyərli işlərə imza atıblar. Təbii ki, başda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olmaqla. Onun rəhbərlik etdiyi "AMOR"un gördüyü işlər haqqında saatlarla danışmaq olar. Mən Leyla xanımın fəaliyyətinin uşaq yaşlarından izləyirəm. Heç yadımdan çıxmaz: möhtəşəm bir tədbir keçirilirdi. Mən dəo mərasimin qonağı idim. Orada Leyla Əliyevanın gözəl bir şeirini dinlədim. O vaxt onun 13-14 yaşı var idi. Onun babasına, torpağına, millətinə həsr etdiyi şeirlərinidinlədim. Bu gün Leyla xanım o şeirlərdəki arzularını həyata keçirir. Onun rəhbərliyi ilə bütün dünyada keçirilən "Xocalıya ədalət" kampaniyası, Rusiyadakı aktiv fəaliyyəti, oradakı soydaşlarımıza diqqət və qayğısı göz önündədir.
Moskvada fəaliyyət göstərən bütündiaspor təşkilatlarımız mədəniyyətimizin, milli dəyərlərimizin təbliği istiqamətində böyük işlər görür. Onların Azərbaycan dövlətçiliyi, milli-mənəvi dəyərlərin qorunması sahəsində gördüyü işlərin özüm də şahidi olmuşam. Milli bayramlarla bağlı həmin diaspora tərəfindən gözəl konsertlər təşkil edilir, Azərbaycan bayrağı dalğalandırılır. Eləcə də digər ölkələrdə fəaliyyət göstərən diasporlarımızın fəaliyyəti hər zaman qürurverici olub. Demək olar ki, konsertlərinin hamısında iştirak etmişəm. Elə martın 20-də də Moskvada gözəl bir Qala konsert təşkil olunacaq, mən də o konsertdə çıxış edəcəyəm.
- Konsertdə yəqin ki, fərqli bir repertuarla çıxış edəcəksiniz. Çünki bildiyimiz qədər, hər konsertdə mütləq yeni mahnılar ifa edirsiniz...
- Mütləq. Bugün də yeni mahnılar üzərində çalışıram. Çiçək
Həyatın bəstələdiyi gözəl bir mahnını ifa edəcəyəm. Çoxdan oxuduğum
mahnılarım da repertuarda yer alacaq. Çünki mən dünyanın hansı
ölkəsində konsertlər verirəmsə, həmin mahnıları təkrar-təkrar
məndən istəyirlər.
- Daha çox hansı mahnıları sifariş
edirlər?
- "Nə olar Allahım, ayırma bizi", "Dağlardan gəlmişəm", "Unut
kədərini, qəmini unut", "Mənim göz yaşımı görməyəcəksən", "Bu
sevginin ömrü bu qədərmiş". Demək olar ki, 15 ölkədə solo konsert
vermişəm, həmin səhnələrdə bir Azərbaycan musiqiləri oxumuşam, bir
də olduğum ölkənin musiqilərindən. Böyük proqramla çıxış etmişəm.
Sevərək dinləyiblər, konsertin tamamlanmağına beş dəqiqə qalmış
belə, səhnəyə çıxıb qulağıma pıcıldayıblar ki, filan mahnını oxu.
Bilmirəm mənim dilimdən söylənən bu fikirlərə necə reaksiya
verəcəklər, amma bu faktdır ki, oxuduğum bu mahnılar xalq mahnısı
kimi qəbul olunur.
- Nazpəri xanım, bəs əcnəbi tamaşaçılarla bizim tamaşaçılar
arasındakı fərq nədədir?
- Əgər xarici görünüş, səhnə mədəniyyəti, davranış qane edib,
səs qane etmirsə, sadaladığım keyfiyyətlərin hamısı onların gözündə
heç olur. Amma səs gözəl, qəlbə yatımlıdırsa, xarici görünüşdə
qüsur varsa da, onu görməməyə çalışırlar. Mən İsveçrə tamaşaçısında
bunun şahidi oldum. Konsert bitəndən sonra bizimçün "parti" təşkil
etdilər. Yemək süfrəsinin arxasında bir professor sevdiyi
müğənnilərin adlarını çəkdi. Bu sırada Madonna, Uitni Hyuston və
başqaları var idi. Sonra o, məni göstərərək belə bir ifadə işlətdi.
Dedi ki, mən bu xanımda Madonnanın restavrasiya olunmuş görünüşünü
gördüm. Yəni bizdə Madonna açıq-saçıq gözəldi, bu xanım isə qapalı
gözəlliyini nümayiş etdirdi. Biz konsertdən nəinki zövq aldıq, onu
hələ də yaşayırıq. İnandırım sizi, hər ifadan sonra tamaşaçılar
arasında 30-40 saniyə sükut olurdu. Mən əvvəl bu sakitlikdən
qorxurdum. Amma sən demə, onlar musiqinin təsirini
yaşayırlarmış...
- Bəs bizim tamaşaçını xarakterizə etsək...
- Bizim tamaşaçı sevmədiyini heç vaxt alqışlamır. Sakitcə oturub tamaşa edir. Bu tamaşaçının hüququdur, fikridir. Və hər bir müğənni bunu sevə-sevə qəbul etməlidir. Bəzən müğənnilərimiz alqışlanmadığı üçün tamaşaçıdan şikayət edirlər. Alqışlanmadığın təqdirdə əgər sən "əl çalın", "əlləri görmürəm" deyirsənsə, deməli, bu alqışı özün qazanmamısan. "Əlləri görmürəm" deməklə bir daha özünü çox aşağı səviyyəyə endirirsən. Və o an sənətdən, səhnədən uzaqlaşmış sayılırsan. O sevgini görmürsənsə, hiss etmirsənsə, deməli, onu qazanmamısan. Bu nöqteyi-nəzərdən mən bütün müğənnilərimizə bunu tövsiyə edirəm: xalqın alqışını əgər eşidirsə, onu özü qazanıb, əgər eşitmirsə, yenə də özü qazanıb. Ona görə heç kim xalqdan giley-güzar etməsin.
"Mən konsertin əvvəlində oxuyacağam, yaxud sonda oxuyub konserti
bağlayacağam" davası etmək də qorxaqlıq əlamətidir. Ona görə əvvəl
oxuyurlar ki, kiminsə sayəsində onu alqışlasınlar, sonda oxuyurlar
ki, hamı desin, bu, böyük sənətkardır və pafoslu çıxışlarının
hesabına alqış alsın. Çox qəribə məntiqdir. Bütün bunları düşünmək,
dərk etmək lazımdır. İnanın, sənətçilər bəzən cılızlığından bunu
dərk edə bilməsələr də, xalq hər şeyi görür.
- Bunların hamısı sənətçinin tamaşaçısını tanımamağından
irəli gəlir.
- Sən tamaşaçını tanımırsan, amma tamaşaçı səni, onu, məni gözəl
tanıyır. Və tamaşaçı səni alqışlayıb, məni alqışlamırsa, yaxud da
əksinəolursa, deməli, bunların hamısı bizim öz qazancımızdır.
Mənfini, müsbəti, yaxşını, yamanı özümüz qazanırıq. İfamız,
davranışımız, danışığımız, xarakterimiz, aldığımız tərbiyə ilə.
- Bəzi müğənnilər efirə çıxıb "xalq məni sevir" deyir.
Xalqın adından bu cür bəyanat vermək olarmı?
- Belə hərəkətlər müğənninin özünün cılızlığı, qorxaqlığı, peşəkar olmamasını sübuta yetirir. O, yalnız "xalq məni sevir" sözlərini deyə bilir. Sənətinə, dövlətinə, torpağına, xalqına məhəbbəti, doğmalığı olan sənətkar heç vaxt bu sözü dilinə gətirməz. Ən azından bu, qorxaqlıq, cılızlıqdır. Bəzən jurnalistlər də xalqın sevmədiyi müğənnini tərifləyib xalqa sırıyırlar. Bu, çox pis xüsusiyyətdir və təəssüf ki, artıq adət halını alıb.
- Müxtəlif ölkələrdə, şəhərlərdə olan bir xanım kimi fikriniz maraqlıdır: hansı şəhərdə, ölkədə özünüzü rahat hiss edirsiniz?
- Hansı ölkədə məhəbbətlə qarşılanırsansa, o ölkə hər zaman sənə çox doğma gəlir. Amma mənimçün günü-gündən gözəlləşən, hər gün öz gözəlliyini bir az da artıran, hətta əcnəbi turistləri də heyrətə salan doğma Bakımdan gözəl şəhər ola bilməz.
- Bakıdan söz düşmüşkən, artıq yeni ifadələr yaranıb: "köhnə Bakı", "yeni Bakı"...
- Bakı son illərdə təravətli bir çiçəyə çevrilib. Və bu
gözəlliyin, bu təravətin, bu inkişafın bir müəllifi var:
Azərbaycanın Prezidenti! İnsanın mənəviyyatı gözəldirsə, onun
gördüyü işlər də gözəl olur. O, Azərbaycanı gözəl və firavan görmək
istəyirsə, hətta əyalətlərimizi belə füsunkar bir məkana çevirirsə,
bu, Cənab İlham Əliyevin ölkəsinə və xalqına verdiyi böyük
dəyərin,tükənməz sevginin təcəssümüdür. Bilirsiz, hər şey
soydan-kökdən gəlir. Dahi Heydər Əliyevin övladı öz adını müasir
Azərbaycanın tarixinə məhz belə yazmalıydı. Ata Əliyev
müstəqilliyimizin, suverenliyimizin, milli birliyimizin
memarıdırsa, oğul Əliyev rifahın, tərəqqinin, hərtərəfli inkişafın
memarıdır. Mərhum Heydər Əliyevin unudulmaz bir fikri var: "Mən
fəxr edirəm ki, azərbaycanlıyam". İndi bu fikri mən də əminliklə
təkrar edirəm. Allah ona qəni-qəni rəhmət eləsin! Vaxt vardı,
xaricdə Azərbaycan adını eşidəndə onun yerini bizdən soruşurdular.
Amma indi insanların gəzib-görmək istədiyi ölkələr siyahısında
Azərbaycan da var. Əlbəttə ki, bütün bunlara görə ilk növbədə
Prezidentimizə minnətdarıq. Bu söhbətimizdəonun xidmətlərini,
ölkəmiz üçün gördüyü işləri elə-belə xatırlamırıq. Bu xalq yaxşılıq
itirən deyil, bizim sevgimiz bu xüsusiyyətdən qaynaqlanır. Görürük
ki, O, Azərbaycanı Qafqaz regionunda söz sahibinə çevirir, artıq
bizimlə hesablaşırlar. Biz də bu fəaliyyətə yüksək dəyər
veririk!
- Nazpəri xanım, hər zaman gözəl, baxımlısınız. Özünüzü necə formada saxlayırsınız?
- Allahıma minnətdaram! Birincisi, mənə verdiyi ürəyə görə.
Bəzən o ürək mənə problemlər yaşadır, amma olsun. Xəbislik,
özgəsinin uğuruna paxıllıq etmək kimi xoşagəlməyənxüsusiyyətlətləri
Allah mənə verməyib. Buna görə çox xoşbəxtəm. İkincisi, Allah məni
necə yaradıbsa, eləyəm, başqa cür ola bilmərəm. Üçüncüsü, əgər mən
bu sənətdəyəmsə, xalq məni istər sənətimlə, istər davranışımla
sevibsə, demək, mənimdə onlara olan məhəbbətimi görüb, o məhəbbətin
süni olmadığını hiss edib. Mən bunları qazanmışamsa,
deməli,millətimin qarşısında kiçicik addımımı belə məsuliyyətsiz
atmağa ixtiyarım yoxdur. Çünki bilirəm ki, kiçicik bir səhvim neçə
ildə qazandığım o məhəbbəti, istəyi itirə bilər.
- Nazpəri xanım, Azərbaycanda, xarici ölkələrdə neçə-neçə konsertlərinizolub. Amma düşünürük ki, siz ən möhtəşəm konsertinizi hələ verməmisiniz. Yəqin ki, bu konsert Qarabağda baş tutacaq...
- Tamamilə haqlısız. Mən çox ölkələrdə konsert vermişəm. Amma bunlar məni qane etmir. Çünki bir azərbaycanlı olaraq ən böyük arzum Qarabağda konsert verməkdir. Norveçdə ilk konsertimdən sonra Azərbaycanın harada yerləşdiyini göstərmək üçün xəritəyə yaxınlaşdıq, əlimi Qarabağın üstünə qoyubonlara dedim ki, mən burda konsert verəcəyəm və sizləri də orda dəvət edəcəyəm.
Mən siyasətlə maraqlanmıram. Amma bilirəm ki, Prezidentimiz Qarabağın işğaldan azad olunması, Qarabağla bağlı arzularımızınhəyata keçməsi üçün böyük işlər görür. O, bunu hər zaman çıxışlarında, eləcə də sənət adamları ilə görüşündə dilə gətirmişdi. Onun bəyanatları məni daha da ümidləndirir. İnanıram ki, Ali Baş Komandanımız Qarabağı alacaq və o konsert Qarabağda baş tutacaq. O nə vaxt nə vəd edibsə, həyata keçirib!
Tarix
2014.03.18 / 10:20
|
Müəllif
Axar.az
|