Yuxarı

Azərbaycandan Ərdoğana Elnur Aslanov yatırımı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nurçuların ən güclü şəbəkələri Azərbaycandadır".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O, bu addımın Azərbaycanda nurçuların illeqal fəaliyyətinə vurulan ən böyük zərbə olduğunu deyib:

"Türkiyədə Gülən hərəkatı hökumətin içində özünə böyük yer edib. Ərdoğan bunu görürdü. Azərbaycanı da bununla bağlı tez-tez xəbərdar edirdi. İstəyi də bu idi ki, Azərbaycanda bu illeqal fəaliyyətin qarşısı alınsın. Həqiqətən də onların ən güclü şəbəkələri Azərbaycandadır. Leqal fəaliyyətləri olduğu kimi, illeqal fəaliyyətləri də var. Məhz Elnur Aslanovun adı da illeqal lider kimi çəkilirdi. Açığı, mən gözləyirdim ki, bu illeqal hərəkata qarşı fəaliyyət 30 mart bələdiyyə seçkisindən sonra başlayacaq. Çünki Türkiyədə Ərdoğanın mövqeyi möhkəmləndikdən sonra Azərbaycan hakimiyyəti də bunlara qarışı müəyyən addımlar atmağa başlayacaqdı. Amma daha tez başladı".

Politoloq Azərbaycan hakimiyyətinin artıq Ərdoğana yatırım etdiyini bildirib:

"Görünür, Azərbaycan hakimiyyəti artıq Ərdoğanın Türkiyədə mövqeyinin gücləndiyini müşahidə edib. Yəni onun qələbə qazanacağına əmindirlər. Doğru qərardır, bu insan şəbəkənin fəal üzvlərindən sayılırdı. Digər tərəfdən, ona qarşı müəyyən sənədlər yayılırdı. Bütün bunlar da göstərir ki, deməli, bu sənədlərin hər birində həqiqət var idi. Məncə, bu şəbəkəyə bağlı digər qruplara qarşı da müəyyən ölçü götürülməlidir. Bu şəbəkə müəyyən dövlət strukturlarına da adamlar yerləşdirmişdi. Baxın, Prezident Administrasiyası yanında Strateji Araşdırmalar Mərkəzi var. Bunların işi yalnız konfranslar keçirməkdən ibarətdir. Düşünürəm ki, bu addımın davamı da olacaq. Dövlət aparatında olan digər şəxslərlə bağlı da işlər olacaq".

Qeyd edək ki, az öncə adı nurçularla birgə hallanan Elnur Aslanov vəzifəsindən azad edilib.

Tarix
2014.03.18 / 10:09
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla