Yuxarı

Külək Zaqatalanı qaranlığa bürüdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada əsən güclü külək bir sıra fəsadlar törədib.

"Axar.az" APA-ya istinadla xəbər verir ki, martın 17-i saat 11:00 radələrindən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb.

Güclü külək əsib, fasilələrlə qısamüddətli yağış yağıb. Martın 17-i axşam saatlarında külək yenidən güclənib. Nəticəsdə rayon ərazisində müxtəlif yerlərdə 15-ə qədər iri gövdəli ağac yıxılıb, bəzi yerlərdə evlərin dam örtükləri uçub və elektrik təsərrüfatına ciddi ziyan dəyib.

Rayonda elektrik naqillərinin zərər görməsi nəticəsində rayonun bütün ərazisində elektrik enerjisinin verilməsində fasilələr yaranıb. İri gövdəli ağacların yıxılması nəticəsində rayon mərkəzində bəzi küçələrdə avtomobillərin hərəkəti dayanıb. Rayon rəhbərliyi fövqalədə hal ilə yerindəcə tanış olub və sakinlərlə görüşüb, aidiyyəti orqanlara öz tapşırıqlarını verib. Fəsadların aradan qaldırılması üçün texnika cəlb olunub.

Güclü külək Zaqatala rayon 5 saylı ümumorta məktəbin, məcburi köçkünlərin məskunlaşdığı 3 mərtəbəli binanın dam örtüyünü tamamilə uçurub. O cümlədən, rayonun Ümid Sadıqov, 28 may küçəsində və digər küçələrdə iri gövdəli ağaclar evlərin üstünə yıxılıb və nəticədə evlərə ciddi ziyan dəyib.

Rayon ərazisində bir neçə yerdə ağaclar yol kənarında dayanmış maşınların üstünə yıxılıb. Nəticədə maşınlara ciddi ziyan dəyib.

Gecə saatlarında rayonun bəzi yerlərində elektrik enerjisinin verilməsi qismən bərpa edilib. Yollar ağaclardan təmizlənib və maşınların hərəkəti təmin olunub.

Tarix
2014.03.18 / 02:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla