Ana səhifə Toplum |
Bu gün axşam saatlarından başlayan güclü külək Abşeron rayonu, Xırdalan şəhərinə də ciddi ziyan vurmaqdadır.
Bir neçə dəqiqə əvvəl, şəhərin 26-cı məhəlləsindəki beşmərtəbəli binalardan birinin tavanı tamamilə uçub. Uçan tavanın qırıntıları yaxınlıqdakı həyət evlərin, eləcə də avtomobillərin üzərinə tökülüb, onlara ciddi ziyan vurub. Binanın yaxınlığında yaşayan bir nəfərin də zərər çəkdiyi söylənilir.
Məlumata görə, Seyfəddin Mirzəyev adlı şəxs 99 DV 970 nömrə nişanlı "Mercüdess" markalı avtomobili park edərkən, külək binanın tavanını atıb. Tavanın bir hissəsi onun avtomobilinin üzərinə düşüb. Xoşbəxtlikdən, S.Mirzəyev ciddi xəsarət almasa da, avtomobil yararsız hala düşüb.
Sakinlərin bildirdiyinə görə, elektrik xətləri və qaz boruları qırıldığından vəziyyət daha təhlükəlidir və onlar belə bir vəziyyətdə köməksiz halda
qalıblar. Belə ki, aidiyyəti idarələrdən heç biri telefonlara cavab vermir. Sakinlər təşviş içindədirlər.(Aznews)
Tarix
2014.03.18 / 00:40
|
Müəllif
Axar.az
|