Yuxarı

Miqrasiya Xidmətinin əməkdaşları təltif edildi: 6 sərəncam, 5 fərman

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni sərəncam imzalayıb.

"Axar.az" prezidentin saytına istinadən xəbər verir ki, sərəncama əsasən Zeyqəm Hüseyn oğlu Hüseynov Sumqayıt Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.

18:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti sərəncam imzalayıb.

Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Fazil Nəriman oğlu Ələkbərova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Bundan başqa İlham Əliyev "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 183 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

19:03

Azərbaycan Respublikası Prezidenti əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında fərman imzalayıb.

19:21

"Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması və "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilib.

"Axar.az" prezidentin saytına istinadən xəbər verir ki, dəyişikliyə əsasən müharibə əlillərinə verilən aylıq təqaüdün məbləği artırılıb.

I qrup müharibə əlillərinə - 150 manat

II qrup müharibə əlillərinə - 130 manat

III qrup müharibə əlillərinə - 100 manat.

20:26

"Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında fərman və sərəncam imzalanıb.

20:45

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə təltif edilsinlər:

Abbasova Xəyalə Həsən qızı

Alıyev Siyasət İdris oğlu

Əliyev Elman Məmməd oğlu

Əzimov Rəşad Rizvan oğlu

Hacıyeva Esmira İsmayıl qızı

Hacıyev Kəyan Cabbar oğlu

Quliyev Nizami Mahir oğlu

Mansurov Vaqif Rahib oğlu

Məmmədov İntiqam Behbud oğlu

Nəbiyev Şahin Hidayət oğlu

Seyidov Yusif İbrahim oğlu

Səfərov Rövşən Elxan oğlu

Vəliyev Elxan Eldar oğlu

Tarix
2014.03.17 / 20:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla