Yuxarı

FTB: “Gülənin Azərbaycan məktəblərində MKİ agentləri işləyir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gülən hərəkatı üzrə mütəxəssis və FTB-nin müşaviri Gülən hərəkatı haqqında maraqlı müsahibə verib.

"Axar.az" xəbər verir ki, bir vaxtlar FTB-nin (Federal Təhqiqat Bürosu) müşaviri olan və ABŞ-ın radikal islam və terror üzrə mütəxəssisi Pol L. Vilyams 1999-cu ildən indiyə kimi ABŞ-da yaşan Fətullah Gülənin MKİ-yə (Mərkəzi Kəşfiyyat İdarəsi) xidmət etdiyini və hərəkatının 50 milyard dollar sərvəti olduğunu, həmçinin Gülənin fermasında atıcılıq təlimləri keçirildiyini bildirib.

İllərdir Fətullah Gülən və hərəkatını araşdıran Vilyam Gülənin Pensilvaniyadakı malikanəsinə girən barmaqla sayılan şəxslərdən biridir.

Gülən haqqında yeni kitab yazan Vilyamın müsahibəsini təqdim edirik:

Ərdoğanla düşmən olması təəccüblü deyil

"Baş nazir R.T.Ərdoğanın "Mavi Mərmərə" hadisəsindən sonra nümayiş etdirdiyi aqressiya və Suriya mövzusundakı mövqeyinə görə Güləni özünə düşmən etməsi təəccüblü deyil. 34 il əvvəl Ali Baş Qərargah rəisi Kənan Evrən və həmin dövrdə Amerikanın Milli Təhlükəsizlik İdarəsinin Baş katibi Zbiqniev Bzejinskinin Yaxın Şərqdəki türk dövlətləri üçün yeni bir nizam gətirilməsinin vacib olduğu fikrinə əməl etdi. Ancaq bu fikrə əsl əməl edən Gülən oldu və bölgədəki təbii qaz və neft yataqlarının nəzarətini ABŞ-a vermək üçün məktəbləri ilə bölgəyə sızmağa başladı.

Yaşıl Kart üçün zəmanət məktubunu necə aldı?

Məhz buna görədir ki, keçmiş MKİ idarəçiləri Gülənin yaşıl kart (green card) müraciətinə zəmanət məktubu verib. Gülən söhbətlərində Osmanlının bərpa edilməsindən, ya da yeni İslami dünya nizamından bəhs edir. Və çox qəribdir ki, MKİ-nin də belə bir fikri var. Əks təqdirdə nəyə görə Gülənin Azərbaycan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Qazaxıstandakı məktəblərində MKİ kadrları olsun? Buna görə Rusiya və Ukrayna Gülən məktəblərini bağlatdırdı. Gülən Çinin Uyğur bölgəsinə də təsir edə bilir. Və MKİ tərəfindən müstəqil elan edilən Türkistanın da Çindən asılılığının itirilməsi üçün çalışılır. Uyğur türklərinin lideri də Çikaqoda yaşayır".

Malikanəsini 100 mühafizəçi qoruyur

Məşhur akademik 2013-cü ilin iyul ayında yazdığı bir məqalədə bu iddialara yer verib:

"Gülənin malikanəsində tələbə yataqxanaları, istirahət otaqları, xaricilər üçün mehmanxanalar, helikopter üçün eniş zolağı və atıcılıq təlimi üçün sahələr var. Ətrafını 100 türkün qoruduğu bu qaladan gələn silah səsindən tez-tez qonşuların narahat olduqları bildirilir".

Evlənəcəkləri şəxsləri belə seçir

Gülənin məktəblərində 130 MKİ agenti işləyir. Məktəblər narkotik və silah qaçaqmalçılığı ilə maliyyələşdirilir. O, Türkiyədə banklara və biznes dünyasına hökm edir.

Fətullah Gülən izn vermədiyi müddətcə qadınlar 50 yaşına qədər evlənmir. Evlənəcəkləri kişiləri isə "xoca" özü seçir".

Tarix
2014.03.17 / 17:50
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla