Yuxarı

General Vəli Kiçik: “Türkiyənin yox olması lazımdır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 2007-ci ildən bəri həbsdə saxlanıldığı Silivri həbsxanasından buraxılan jandarma generalı Vəli Kiçik anadan olduğu Bilecik bölgəsinin Gölpazarı qəsəbəsinə gedib.

Onu minlərlə adam qarşılayıb. Qəsəbədə təşkil edilən "Türkmən şənliyi" mərasimində çıxış edən Vəli Kiçik deyib ki, Türkiyə hər kəsin gözünün qaldığı ölkədir.

"ABŞ prezidenti Corc Buş demişdi ki, hər dəfə barmağımı xəritədə Türkiyənin üzərinə qoyanda içim titrəyir. Elə duruma gəldik ki, dünyanın mərkəzi Orta Şərq oldu. Dünyanın mərkəzində də Türkiyə var. Mən sizə qısa əhvalat danışacağam. 2000-ci ildə mən Bilecikdə briqada komandiri idim. Çox yaxın dostum mən həbsdə olarkən rəhmətə getdi, cənazəsinə gedə bilmədim. Azərbaycan cümhurbaşqanı mənə dedi ki: "Paşa, yox olacaqsan, yox olacaqsan". Mən onun nə dediyini anlamadım. Sonra dedi ki: "Qərar alındı, coğrafiya dəyişəcək, Orta Şərq yox olacaq. Orta Şərq yox olduğu üçün bütün dövlətlərin sərhədləri dəyişəcək. Bu sərhədlərin dəyişə bilməsi üçün əvvəlcə Türkiyənin yox olması lazımdır".

Vəli Kiçik daha sonra deyib ki, Türkiyəni yox etmək elə də asan deyildi, bunun üçün əvvəlcə türk ordusunun yox olması lazım idi: "Türk ordusunun yox edilə bilməsi üçün bəlkə də tale məni vurdu. Tutdular, 1980-ci ildən bu yana baş vermiş hər hadisəyə Vəli Kiçiyi soxdular. Hesablamışdılar ki, əgər Vəli Kiçik tutulsa, heç kim səsini çıxarmaz. Bu səbəblə ilk dəfə mən tutuldum. Ancaq bu da bir gerçək idi ki, məni tutmağı yox, öldürməyi planlaşdırmışdılar. Bütün gizli təşkilatlar arxamda idi. Həyat yoldaşım dedi ki, bəlkə də Allah səni həbsxanaya salaraq qoruma altına aldı".

Qeyd edək ki, general Vəli Kiçik Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəylə yaxın idi və onunla tez-tez təmasda olurdu. 2000-ci ildə isə Azərbaycanın prezidenti Heydər Əliyev idi. Bu baxımdan "paşa, yox olacaqsan" xəbərdarlığını Vəli Kiçiyə kimin etdiyi qaranlıq qalır. Çünki Türkiyədə eks-prezidenlərə də "cümhurbaşqanı" kimi müraciət etmək qəbul olunub ("virtualaz.org").

Tarix
2014.03.17 / 15:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla