Yuxarı

Ara qarışdı: Dopinq hamını gizlənməyə vadar edib

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın 5 idmançısının Avropa çempionatında qazandığı medaldan məhrum edilməsi ilə bağlı məlumat vermişdik.

Beynəlxalq Ağır Atletika Federasiyası Azərbaycanın 5 ağırlıqqaldırma üzrə Avropa mükafatçısının qazandıqları medallardan məhrum olunması ilə bağlı rəsmi saytında məlumat yayıb.

Məsələyə Azərbaycan Ağır Atletika Federasiyasının münasibətini öyrənmək istədik. Federasiyanın icraçı direktoru İsgəndər Əsgərova zəng etsək də, zəngimizə cavab verən şəxs özünü Famil kimi təqdim edərək, İsgəndər müəllimin telefonu maşında unutduğunu bildirdi. İcraçı direktoru hansı səbəbdən aradığımızı öyrənincə isə "İsgəndər müəllim bu haqda danışmaq istəmir" cavabını verdi.

"Axar.az"ın federasiyadakı özəl mənbədən əldə etdiyi məlumata görə, qurumda ara qarışıb. Demək olar ki, bütün rəsmilər mətbuatdan gizlənir, baş vermiş olayda adının hallanmamasına çalışır. Hər kəs Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərovun təlimatını gözləyir. Əldə etdiyimiz məlumata görə, qurum rəsmiləri hələ ki, Beynəlxalq Ağır Atletika Federasiyası ilə əlaqə saxlamayıb.

Rəsmilərə təsəlli verən tək amil, beynəlxalq federasiyanın rəsmi saytında idmançılarımızın adlarının dopinq qəbul edənlərin siyahısında olmamasıdır. Qurumun saytında azərbaycanlı idmançıların yalnız medallardan məhrum olunduğu göstərilib. Ola bilsin ki, yaxın müddətdə idmançılarımızın adları həmin siyahıya əlavə olunacaq. Çünki təcrübə göstərir ki, idmançıların medallardan məhrum olunması dopinqdən istifadə təsdiqləndikdən sonra reallaşır.

Tarix
2014.03.17 / 15:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla