Yuxarı

Kənd Təsərrüfatı Nazirliyi Gəncəyə köçürülür

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünyanın heç bir ölkəsində Kənd Təsərrüfatı Nazirliyi, yaxud Kənd Təsərrüfatı Departamenti ölkənin paytaxtında yerləşmir".

Bunu "Axar.az"ın Kənd Təsərrüfatı Nazirliyinin regiona köçürülməsinə ehtiyacın olub-olmaması ilə bağlı suallarını cavablandıran İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov bildirdi:

"Nazirliyin regionlara köçürülməsi məsələsini biz qaldırmışdıq. Praktik olaraq dünyanın heç bir ölkəsində Kənd Təsərrüfatı Nazirliyi (KTN) yaxud Kənd Təsərrüfatı Departamenti ölkəni paytaxtında yerləşmir. Əgər ölkənin paytaxtı kənd təsərrüfatı sahəsində ixtisaslaşmayıbsa, o zaman nə üçün KTN paytaxtda olmalıdır?! Təbii ki, Azərbaycanda bu faktın mövcudluğu həm maraq, həm də təəssüf doğurur. Bu baxımdan nazirliyin rayonlardan birinə, yaxud kənd təsərrüfatı ilə məşğul olan rayonlara yaxın şəhərə köçürülməsi çox yaxşı olardı. Bu dövlət strukturlarının paytaxtdan regionlara köçürülməsinə şərait yaradacaq. Həmçinin təhsil müəssisələrinin də paytaxtdan çıxarılmasına imkanlar açacaq. KTN-in regiona köçürülməsinin bir neçə üstünlüyü ola bilər. Birincisi, şəhərdəki sıxlıq və tıxaclarla bağlı problemlərin həllinə şərait yaranacaq, digər tərəfdən isə regionların inkişafına da təsir edəcək".

İqtisadçı alim hesab edir ki, nazirliyin köçürülməsi üçün ən optimal variant Gəncə şəhəridir: "Nəzərə alsaq ki, Gəncə ölkənin ikinci ən böyük şəhəridir və kənd təsərrüfatı üzrə ixtisaslaşmış rayonlara yaxın məsafədə yerləşir, o zaman bu şəhərin daha uğurlu seçim ola biləcəyinə inanıram. Eyni zamanda, Gəncənin İstanbul vasitəsi ilə beynəlxalq əlaqələrinin daha da genişləndiyini qeyd etmək lazımdır. Bu da nazirliyin xarici əlaqələrinin genişlənməsinə təsir edə bilər".

Xatırladaq ki, dünyanın bir çox dövlətlərində Kənd Təsərrüfatı Nazirliyi və başqa bu tipli qurumlar ölkənin uyğun regionlarında yerləşir. Azərbaycanda da İqtisadi və Sosial İnkişaf Mərkəzi Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Torpaq və Xəritəçəkmə Komitəsinin paytaxtdan kənara çıxarılması ilə bağlı təklif verib. Həmin məsələ ilə bağlı millət vəkili Zahid Oruc da parlamentdə çıxışı zamanı müvafiq köçürülmə təklifini vermişdi.

Tarix
2014.03.17 / 14:35
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla