Yuxarı

İslam Bakçılığında faizsiz kredit yoxdur – Açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hazırda dünyanın islam bankçılığı şərtləri əsasında kredit verən heç bir ölkəsində faizsiz kredit verilmir. Faiz deyiləndə riba yəni sələm deyil, bankların pul qazanmağı nəzərdə tutulur".

"Axar.az" xəbər verir ki, bunu "Səda" Maarifçi Klubunun təşkilatçılığı ilə "İslam Bankçılığı" mövzusunda keçirilən seminarda çıxış edən Azərbaycan Beynəlxalq Bankının İslam bankçılığı Departamentinin direktoru Behnam Qurbanzadə dedi: "Dünyada İslam bankçılığının 117 adda məhsulu var. Amma Azərbaycanda yalnız bunlardan 9-nu reallaşdırmaq mümkün olub. Çünki bugünkü qanunvericilik yalnız bu məhsulları müştərilərə təqdim etməyə imkan verir".

Ekspert islam bankçılığı üzrə qanunvericiliyi tam oturuşmuş dövlətlərin olduğunu da deyir: "Pakistan, İran və Sudan kimi dövlətlərdə artıq islam bankçılığının inkişafı üçün xüsusi qanunvericilik var və bu dövlətlərdə islam bankçılığı ilə bağlı bütün məhsullar var. İnsanlar arasında islam bankçılığı ilə alınan kreditlərdə faizin olmaması ilə bağlı fikir yayılıb. Sizə deyim ki, bu fikir tam yanlışdır. Hazırda dünyanın islam bankçılığı şərtləri əsasında kredit verən heç bir ölkəsində faizsiz kredit verilmir. Yəni bank öz heyətini saxlamaq üçün və mənfəət üçün müəyyən faiz tutulur. Gecikdirməyə görə də müəyyən cərimələr olunur ki, həmin cərimələr mənfəətə əlavə edilmir. Məhz o cərimələr vasitəsi ilə müəyyən xeyriyyə işləri görülür. Məsələn, məhz biz bu cərimələr hesabına Azərbaycanda olan bəzi məscidlilərin təmir və tikintisini öz üzərimizə götürmüşük".

Dünyada İslam bankçılığının tutduğu mövqe ilə bağlı danışan ekspert hesab edir ki, tezliklə islam bankçılığı öz mövqeyini daha da möhkəmləndirəcək: "Hazırda dünya banklarında dövr edən təxminən 100 trilyon dollarlıq valyutanın təxminən 2 trilyon dolları İslam bankçılığna məxsusdur. Bu isə təxminən 2 faiz deməkdir. Amma hesab edirəm ki, bu rəqəm tezliklə artacaq. Son zamanlar baş verən 2 böyük iqtisadi böhrandan tam ziyansız və itkisiz çıxan banklar ancaq islam bançılığı modeli ilə çalışanlardır".

Xatırladaq ki, İslam Bankçılığı modeli ilk dəfə 1963-1966-cı illərdə Misirli alimlər tərəfindən yaradılıb və birinci də həmin ölkədə tətbiq edilib. Azərbaycanda isə bu modelin tətbiq tarixi 10 ilə yaxındır.

Tarix
2014.03.17 / 11:16
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla