Yuxarı

İranlı yazardan türkiyəli həmkarına qorxunc məktub

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İntellektuallar həbsə, mollalar hakimiyyətə

"Türkiyədə şəriət hökuməti qurula bilərmi", - sualı qardaş ölkədə həmişə aktual olub.

Əslində bu sual haqlı olaraq çoxlarını narahat edir.

Çünki qardaş ölkənin İranla yetəri qədər ortaq tarixi var:

Paralellər

1. Keçən əsrin əvvəllərində İranda 1906, Osmanlıda 1908-ci ildə hərbçilərin tələbi ilə konstitusiya elan edilib.

2. XIX əsrdə İngiltərənin hər iki ölkədə böyük nüfuzu olub.

3. Hər ikisində 20-ci illərdə reformist rəhbər hakimiyyətdə olub. Türkiyədə 1923-cü ildə Mustafa Kamal, İranda isə 1925-ci ildə Rza Pəhləvi şah hakimiyyətə gəlib.

4. Hər iki lider ölkələrinin tarixində görülməmiş dərəcədə modern islahatlar keçirib, hüquq sistemini qaydaya salıb, dini geyimlərdən imtina edilməsini təmin edib.

5. Hər iki ölkədə dini inqilab təhlükəsi olub və hər iki lider dini inqilab etmək istəyənləri sürgün edib. Mustafa Kamal Atatürk Səid Nursini Rusiyaya, Rza Şah isə Xomeynini Türkiyəyə sürgün edib.

6. Hər iki ölkə 40-cı illərdə demokratik sistemə keçib. İran 1940, Türkiyə isə 1946-cı ildə parlamentli demokratiya sisteminə keçib. Hər iki ölkədə 60-cı illərdə sol hərəkatı problemi olub. Hər iki ölkə ötən əsrin ortalarında Amerikanın nüfuz dairəsində idi".

Qorxunc məktub

Dini çevrələrin demokratik vədlərlə hakimiyyətə gəlişi ilə bağlı İranlı yazar Bəhman Niruməndin türkiyəli yazar Sonər Yalçına məktubu olduqca maraqlıdır:

"Şahın devrilməsində aktiv iştirak edən milyonlarla solçu, demokrat, millətçi və liberal insanlardan biriyəm. Xomeyni bizə "yer üzündə cənnəti vəd etdi". Demokratiya gələcək, heç kim siyasi fikirlərinə görə həbs edilməyəcək, heç kimə işgəncə verilməyəcək, qadınların hüquqlarına toxunulmayacaq, geyim sərbəst olacaq.

Şahı devirdikdən sonra mollaların məscidə qayıdacaqlarına inanırdıq. Düşünürdük ki, dövlət idarə edəcək qədər intellektləri yoxdur. Ancaq yanılmışdıq. Hər şey 1979-cu ilin 14 yanvarından başladı. Şahı devirəndən sonra milyonlarla insan Tehran küçələrində mitinq edirdi. Öldürülmüş liberal lider Müsəddiqin və solçu şəhidlərin şəklini daşıyan mitinq iştirakçıları mollalar tərəfindən döyülürdü. Fahişə və ya homoseksual olduğu üçün edam olunan insanların xəbərlərini qəzetlərdən almağa başladıq. Fikirləşdik ki, demokratiyanı yeni qazanmış ölkələrdə belə şeylər ola bilər, keçid dövrüdür və ötüb keçəcək. Xırda problemlərin cəmiyyətimizin yeni qazandığı demokratiyanı və müstəqilliyi zədələməsini istəmirdik və buna görə susurduq. Xomeyninin "bütün problemlərin səbəbi cəmiyyətimizdəki əxlaqsızlıqdadır" sözü mollaların kütləvi qırğınlara başlamasına təkan verdi. Kitabxanalar yandırıldı, qəzet redaksiyaları partladıldı. Qadınların məcburi şəkildə başlarını bağlamasını tələb etdilər, başlarını bağlamayanlara isə fahişə damğası qoyub edam etdirdilər.

Yaşadığımız bütün problemlər Xomeyninin referendumla qəbul etdirdiyi İslam Cümhuriyyəti, İslam Respublikası idi. İlk əvvəl biz də buna qarşı çıxmırdıq. Düşünürdük ki, cümhuriyyət olandan sonra nə fərqi var ki. Referendumda qoyulan sual belə idi ki, İslam cümhuriyyətinə "hə", yoxsa "yox". Yəni ki, İslama. Təbii ki, əhalisinin böyük əksəriyyəti savadsız müsəlmanlar olan İran bu referendumda "hə" dedi. Bu referendumdan sonra mollalar musiqini haram elan etdilər, qadınların məcburi başlarını bağladılar, minlərlə insanı əxlaqsız adi ilə, İslama ziyanverici qüvvələr adı ilə edam elədilər. Bundan sonra milyonlarla insan ölkədən baş götürüb qaçdı".

Xomeyni 77 yaşında inqilabı gerçəkləşdirəndə...

Bu məktubu oxuyandan sonra Türkiyədə islam əsaslı dövlət qurulmasının nə qədər real olduğunu anlamaq olur. İslahatçı qiyafəsi geymiş və liberal islamı təbliğ etdiklərini deyən Xidmət hərəkatı və onun lideri Fətullah Gülənin Xomeyni və onun mollalarından seçilmədiklərini görmək olur. Fətullah Gülənin yaşının çox olduğunu əldə əsas tutaraq onun heç bir zaman siyasi hakimiyyətə gəlməyəcəyini deyənlər İran tarixini bilmir, ya da bilməzlikdən gəlir. Guya Gülənin yaşı çox imiş və onun heç bir siyasi iddiası yoxdur. Elə İranda da bu cür deyirdilər. Xomeyni 77 yaşında islam inqilabını gerçəkləşdirəndə də elə bilirdilər ki, inqilabı edib geri çəkiləcək və dövləti intellektuallar idarə edəcək. Ancaq elə olmadı, intellektuallar türməyə getdi, mollalar hakimiyyətə gəldi.

Tarix
2014.03.17 / 10:22
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla