Yuxarı

Sumqayıtda dəhşətli qəza: gizir dünyasını dəyişdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Quba yolunun 27-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində ağır yol qəzası baş verib.

"Axar.az"
APA-ya istinadən xəbər verir ki, 24 yaşlı İbrahimov Rauf Zöhrab oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil hərəkətdə olarkən, sürücü idarəetməni itirib və maşın yol ayrıcındakı dəmir arakəsməyə çırpılıb.

Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü xilas etmək üçün əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Xilasedicilər tərəfindən avtomobildən çıxarılan sürücü ağır bədən xəsarətləri ilə Sumqayıt Şəhər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 24 yaşlı Rauf İbrahimov Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət keçir. Gizir xidmətdən sonra şəxsi avtomobili ilə evə qayıdırmış.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Tarix
2014.03.16 / 23:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla