Yuxarı

Bakı metrosunda ticarət köşkləri tamamilə söküldü - BŞİH

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sərəncamına əsasən qurumun icra strukturlarının nəzarəti altında həyata keçirilən söküntü işləri sabah tamamilə yekunlaşacaq.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, "Dünəndən bəri görülən tədbirlər nəticəsində Bakı Metropoliteninin 11 stansiyasında ticarət köşkləri tamamilə sökülüb. Həmin stansiyalarda gediş-gəliş üçün çətinlik yaradan artıq heç bir avadanlıq, köşk qalmayıb".

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov bildirib.

Ə. Bağırov deyib ki, söküntü işləri Bakı Metropolitenin "Sahil", "28 May", "Ulduz", "Koroğlu", "Nəsimi", "Azadlıq" və daha bir neçə stansiyasında həyata keçirilib. O, həmçinin qeyd edib ki, hazırda "20 Yanvar" və "Memar Əcəmi" stansiyalarında köşklərin sökülməsi prosesi davam edir.

Ə. Bağırov vurğulayıb ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sərəncamına əsasən qurumun icra strukturlarının nəzarəti altında həyata keçirilən bu işlər sabah yekunlaşacaq: "Bakı Metorpolitenində heç bir ticarət obyekti qalmayacaq"

Qeyd edək ki, həmin sərəncama əsasən, martın 28-nə qədər Bakı Metropoliteninin bütün stansiyalarının giriş-çıxışlarında olan obyektlər söküləcək.

BŞİH rəhbərliyinin Metropoliten ərazisində fəaliyyət göstərən obyekt sahibləri ilə əldə etdiyi razılığa əsasən, sahibkarların işlə təmin edilmələri və digər ticarət obyektlərinə köçürülmələri üçün təkliflər edilib. Sahibkarlara Yeni Günəşli qəsəbəsindəki ticarət mərkəzlərində, "Keşlə", "Yaşıl" və "Şərq" bazarlarında yer təklif olunur. Bu təkliflə razılaşacaq sahibkarlardan 3 ay müddətində dövlət rüsumu alınmayacaq.

Qeyd edək ki, Bakı Metropolitenində 1194 ticarət obyektinin sökülməsi planlaşdırılıb.

Tarix
2014.03.16 / 21:12
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla