Yuxarı

Ukraynalı səfirin məktubu rusları özündən çıxardı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Sergey Pirojkovun qondarma Dnestryanı qurumun rəhbərliyinə göndərdiyi məktub Rusiya rəsmi dairələrini özündən çıxarıb.

"Axar.az"ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, ruslar bu məktubu o qədər emosiya ilə qarşılayıb ki, hətta Rusiya Baş nazirinin müavini Dmitri Roqozin səfirin ünvanına nalayiq ifadələr işlətməkdən belə çəkinməyib. Rus rəsmisi dipomatı "it oğlu" adlandırıb.

Qeyd edək ki, məktubda son zamanlar Ukrayna sərhədlərindən təxribatçı qrupların keçməsi barədə xatırlatma yer alıb. Əlavə olunur ki, Dnestryanı bölgə sərhəddə yerləşdiyindən buraxılış-keçid məntəqəsi ciddi iş rejiminə keçib. Bu üzdən səfir qondarma qurumun məsələyə anlayışla yanaşmasını istəyib.

Rusları özündən çıxaran məqam isə, ukraynalı səfirin ifadələrində Dnestryanı bölgəni dönə-dönə qondarma qurum adlandırması və bütün olayları yalnız rəsmi Kişinyovla razılaşdıracağını dilə gətirməsi olub. Bəzi rusiyalı ekspertlər isə məsələyə emosional reaksiya verərək, bu bölgənin də müstəqilliyinin vaxtının çatdığına işarə edib.

Tarix
2014.03.16 / 14:42
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla