Ana səhifə Toplum |
Bu gün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun 51 yaşı tamam olur.
"Axar.az" APA-ya istinadən xəbər verir ki, E.Sultanov 1963-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1969-1979-cu illərdə orta təhsil alıb. E.Sultanov Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1983-cü ildən dövlət qulluğunda çalışan E.Sultanov 2001-2006-cı illərdə Milli Məclis sədrinin köməkçisi, 2007-ci ildən isə prokurorluq orqanlarında - Baş Prokurorluğun Təşkilat Analitik İdarəsinin prokuroru vəzifəsində xidmətə başlayıb.
E.Sultanov 2008-ci ildən Baş Prokurorluğun mətbuat xidmətinə rəhbərlik edir. Bu müddət ərzində o, Kütləvi İnformasiya Vasitələri ilə qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına və yüksək əməkdaşlığa nail ola bilib.
Tarix
2014.03.16 / 14:26
|
Müəllif
Axar.az
|