Yuxarı

Nəqliyyat müfəttişi taksini səkiyə çırpdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Nəqliyyat Nazirliyinin müfəttişi ilə taksi sürücüsü arasında baş verən münaqişə qəza ilə nəticələnib.

"Axar.az" APA TV-yə istinadən xəbər verir ki, Tbilisi prospektində müştəri qismində 90 NZ 109 dövlət nömrə nişanlı taksiyə əyləşən nəqliyyat müfəttişi bir qədər sonra sürücü ilə mübahisə edərək ondan avtomobili saxlamasını tələb edib. Sürücü maşını saxlamayınca müfəttiş əli ilə sükanı sağa çevirib. Yoldan çıxan avtomobil piyada səkisinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib. Qəzanın səbəbkarı olan nəqliyyat müfəttişi hadisə yerindən qaçmaq istəyərkən digər taksi sürücüləri tərəfindən tutulub.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları müfəttişi saxlayaraq polis bölməsinə aparıblar.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.

Tarix
2014.03.16 / 11:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla