Yuxarı

Krımın taleyini həll edəcək referenduma start verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krım və Sevastopolun dövlət mənsubiyyəti barədə referendumda səsvermə üçün məntəqələr açılıb, region sakinləri Ukrayna tərkibində səlahiyyətlərin genişləndirilməsi və ya Rusiya Federasiyasına qoşulması arasında seçim etməlidirlər.

Səsvermə yerli vaxtla 8:00-dən 20:00-dək davam edəcək. Seçici siyahılarına 1,515 milyon Krım və 305 min Sevastopol sakini daxil edilib.

Krım ərazisində 1205, Sevastopolda - 192 seçki məntəqəsi işləyəcək.

Seçkilərdə iştirak həddi olmayacaq. Seçicilər pasportu təqdim etməklə bülletenləri ala biləcəklər. Yalnız qeydiyyat yeri üzrə səs vermək mümkün olacaq, uçotdan çıxma vəsiqələri nəzərdə tutulmayıb.

Krım və Sevastopol üzrə referendumda işləmək üçün 23 ölkədən 800-dən artıq jurnalist və 180-dən çox müşahidəçi qeydiyyatdan keçib. Exit pollun keçirilməsi üçün yeganə təşkilat - Respublika sosioloji və siyasi araşdırmalar institutu akkreditasiya alıb.

Referendumun ilkin nəticələri artıq səsvermə başa çatdıqdan bir neçə saat sonra elan oluna bilər, lakin yekun nəticə - martın 17-də, referendumun keçirilməsi üzrə Krım komissiyasının rəhbəri Mixail Malışev hesab edir. (Trend)

Tarix
2014.03.16 / 10:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla