Yuxarı

Kəmaləddin Heydərov Həsən Ruhani ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran öz qonşu ölkələri, xüsusən də Azərbaycanla əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. İran və Azərbaycan iki dost, qardaş və qonşu ölkədir, biz hər iki ölkənin xalqı və dövlətinə layiq əlaqələrin qurulmasını istəyirik.

Bunu İran Prezidenti Həsən Ruhani bu ölkədə səfərdə olan Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla görüşündə deyib.

H.Ruhani deyib ki, İran və Azərbaycan arasında əlaqələrin səviyyəsi qənaətbəxşdir, lakin əlaqələrin daha da inkişafı üçün böyük potensial mövcuddur.

Kəmaləddin Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi mesajını İran Prezidentinə təqdim edib:

"Sizin və Azərbaycanın möhtərəm Prezidentinin ölkələrimiz arasında əlaqələrin inkişafına olan diqqətiniz ikitərəfli əlaqələrin inkişafına zəmin yaradacaq".

K.Heydərov deyib ki, İranda yeni hökumətin qurulması iki ölkə arasında əlaqələrin inkişafı üçün zəmin yaradıb və Azərbaycan yaranmış bu imkandan istifadə etməyə qərarlıdır.

Qeyd edək ki, İranın İRNA agentliyinin məlumatına görə, Kəmaləddin Heydərov bu gün həmçinin İranın Gömrük Administrasiyasının rəhbəri Məsud Kərbasiyan ilə görüşüb. Görüşdə iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün mövcud problemlərin həlli yolları müzakirə olunub.

İranın Gömrük Administrasiyasının rəhbəri Məsud Kərbasiyan iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında bəzi gömrük qanunlarının maneə yaratdığını və bu kimi qanunların hər iki ölkədə uyğunlaşması məqsədi ilə yenidən baxılmasını təklif edib.

M.Kərbasiyan həmçinin İran vətəndaşlarına vizaların alınmasında yaranan problemləri əlaqələrin inkişafına mane olan səbəblərdən biri olduğunu deyib.

Görüşdə Kəmaləddin Heydərov Azərbaycanda istehsal olunan məhsulların İrana ixracatında gömrük rüsumlarının azaldılmasını istədiyini dilə gətirib (Trend).

Tarix
2014.03.15 / 22:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla