Yuxarı

Rusiya desantı Krımda qazpaylayıcı stansiyanı ələ keçirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krımın Qeniçeski rayonunun Strelkovoye kəndi yaxınlığında "Arabatski strelka" adlanan əraziyə helikopterlərdən enən və üzərində fərqləndirici nişanları olmayan 50-dək silahlı desant yerli qazpaylayıcı stansiyanın ərazisində mövqe qurub.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, hərbçilər silah-sursat və digər döyüş ləvazimatları ilə tam təchiz olunub. Onların Rusiya hərbçiləri olduğu ehtimal olunur, belə ki, silahlı qrup üzərində Rusiyaya məxsus fərqləndirici nişanları olan helikopterlərdən əraziyə enib.

Məlumata görə, qazpaylayıcı stansiyanı ələ keçirməzdən əvvəl Rusiya hərbçiləri Strelkovoye kəndi yaxınlığındakı magistral yolda avtomobilləri saxlayaraq baxış keçiriblər.

Hüquq-mühafizə orqanlarından qazpaylayıcı stansiyanın silahlı qrup tərəfindən zəbt olunduğunu təsdiqləyiblər.

Desant endiyi ərazinin üzərində helikopterlər uçmaqda davam edir. Helikopterlərin üzərində böyük qırmızı ulduz nişanlarının olduğu bildirilir.

Bundan başqa, Sçastlivsevo yaşayış məntəqəsinin yaxınlığında dənizdə yerləşən "Çernomornefteqaz"a məxsus qaz buruğunun da Rusiya hərbçiləri tərəfindən nəzarətə götürüldüyü bildirilir.

Tarix
2014.03.15 / 22:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla