Yuxarı

“Bir obyekt üçün Tağı Əhmədov 10 min pul alıb” - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı Metropolitenində olan bütün ticarət mərkəzlərinin köçürülməsi ilə bağlı məsələyə qərar verilib. Dörd gün sonra Bütün obyektlər söküləcək və ticarətçilər müxtəlif ticarət mərkəzlərinə köçürüləcək".

Bu barədə "Axar.az"a Metro ticarəti ilə məşğul olan şəxslər məlumat verdi.

Məsələni tam öyrənmək üçün "Azadlıq" metro-stansiyasıyasında ticarətlə məşğul olanlarla görüşdük. Mətbuatdan olduğumuzu bilən kimi hamısı qısa zamanda toplaşdı və dərdlərini danışmağa başladı:

Aya 2000-dən çox

"Bu köşkün tikilməsi üçün aylıq puldan əlavə birbaşa 10 min ABŞ dolları pul vermişəm. 10 min dollardan əlavə hər ay 1750 manat yer pulu, 280 manat vergi, 100 manat da əlavə verirəm. Ay ərzində 2 min manatdan çox pul edir. Bu qədər xərc çəkəndən sonra gəlib bizi çıxardırlar".

Deyirlər AMAY-a gedin

Dediklərinə görə, Metro idarəsindən onlara deyilib ki, 4 gün ərzində burdan çıxacaqsınız və yaxşı olar ki, sizə təklif edilən ticarət mərkəzlərindən birinə köçəsiniz. Hara köçmək məsələsinə isə satıcılar belə cavab verdi:

"Bizə deyirlər ki, ya Keşlə bazarına, ya da A.M.A.Y ticarət mərkəzinə gedin. A.M.A.Y-da yer pulu burda verdiyimiz yer haqqından 300 manat çoxdur. Həm də oranın müştərisi demək olar ki, yoxdur. A.M.A.Y-da işləyənlər hamısı varlı insanlarla işləyir və hərəsinin öz müştərisi var. Biz gedib orda nə işləyəcəyik? Keşlə bazarından isə danışmağa dəyməz. Gedib kartof-soğan satanların yanında paltar sataq?"

Bankların pulunu necə qaytaracam?

Satıcılardan biri dedi ki, gedəcəkləri ticarət mərkəzlərində 3 ay yer pulu alınmayacaq:

"Düzdür, haranı seçib getsək, 3 ay yer pulu alınmayacaq. Ancaq burdan çıxıb getmək bizə heç sərf etmir. Dörd bankdan kredit götürüb mal almışam. İndi hara getsəm, o malları sata bilməyəcəyəm. Hərənin öz müştəri çevrəsi var. Bizim yerimiz də bura idi. Qıraq yerdə sata bilməyəcəyik. Özüm kirayə qalıram. İndi həmin bankların pulunu necə qaytaracağam?"

Tarix
2014.03.15 / 16:39
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla