Ana səhifə Sağlıq |
"Nərmin Hüseynlinin əməliyyatı üçün toplanan vəsait qaraciyər xəstəsi olan bir xanımın müalicəsinə sərf ediləcək".
Bu məlumatı " Axar.az"a mərhum Nərmin Hüseynlinin əməliyyatı üçün yardım kampaniyası təşkil edən gənclərdən olan Hikmət Qasımzadə dedi. Onun sözlərinə görə, həkim səhlənkarlığına görə xərçəng xəstəliyinin qurbanı olmuş N.Hüseynlinin hesabı artıq ləğv edilib:
"Qaraciyər xəstəliyindən əziyyət çəkən Yusifova Kəbirə Vasif qızı adlı xanımın hesabına 52 min 608 manat köçürülüb".
N.Hüseynliyə ötən ilin aprelində boğazının şişməsi səbəbi ilə zob diaqnozu qoyulub və dərhal əməliyyat olunub. Əməliyyatdan sonra N.Hüseynlinin vəziyyəti ağırlaşıb. Təbrizə yollanan N.Hüseynliyə diaqnozun səhv qoyulduğu və onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
Qeyd edək ki, N.Hüseynlinin xilası üçün gənclər xeyriyyə kampaniyasında tələb olunan 150 min manatın böyük hissəsini toplamışdı. Ancaq onun həyatını xilas etmək mümkün olmadı, martın 10-da İstanbul Memorial Klinikasında 17 yaşlı Nərmin vəfat etdi.
Tarix
2014.03.15 / 15:59
|
Müəllif
Nigar İxtiyarqızı
|