Yuxarı

Gedin, namaz qılın, əclaflar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüseyn Dəryanın ölümündən sonra məşhurlar onun ölümünə münasibət bildiriblər. Bu məşhurlar arasında qınaq və ittiham dolu fikirlər bildirən məşhurlardan biri aparıcı İradə İsaq olub.

İradə xanım öz Feysbuk səhifəsində belə yazıb: "İçkili idi dedilər, narkoman dedilər verilişdən sonra... Asan deyil, asan deyil insan haqda şər danışmaq. Depressiyaya saldız Hüseyni, zəng vurdu mənə ki, insanlar niyə belə şər-böhtan danışır. İnsanların içində yaşaya bilmirəm. Onun depressiyaya düşdüyünü gördüm və mən də çoxları ilə Hüseynə görə düşmən oldum. Haqsız danışdıqlarına görə. Hüseynə Allah son dəfə macal verdi ki, bütün günahlarını, səhvlərini etiraf etsin. Özü də verilişdə bunu dedi. Bu Allah tərəfindən kodlaşıb ki, mən gəlib sizin verilişdə çıxıb, hər şeyi etiraf edim. Ey sərsəm jurnalist və digərləri, arsız deyildi o. Siz öldürdünüz onu. Ruhdan saldınız. O, düzəlmək istəyirdi. Verilişdən sonra danışdıq ki, ailəsi ilə barışdırım onu. Oğlu ilə görüşə getmişdi. Sona xanım mənə zəng vurmuşdu. Amma ruhdan saldız, "insanlar mənə inanmır, - dedi, - İradə xanım. Kömək edin".

Siz nə etdiz?! Öz qarnınızın qurdu, şər-böhtan sözlərinizlə onu öldürdünüz. İmkan vermədiz onu qaytaraq. Gedin, namaz qılın, əclaflar. O şər-böhtanı divara demirdiz, insana deyirdiz. İntihar etdi Hüseyn. "Kamaz" şoferinə də "məni xilas etməyin, ölmək istəyirəm" dedi.

Bu verilişə biz jurnalistlərə inandığı üçün çıxmışdı. Çox ümidi vardı. Mahnılar yazdırmışdı yeni. Verilişdə də dedi. Ayıb olsun ona şər atan jurnalistlərə, reperə... Gedin, bu günahla yaşayın. Hüseynə Allah öz səhvlərini etiraf etmək imkanı verdi, o kəffarəsini ödədi. Sizin isə hətta öz səhvlərinizi etiraf etmək üçün şansınız yoxdur. Namaz qılın, oturun-durun yalandan. Siz bir insanı öldürdüz, atdığınız şər böhtan bir ümidi, bir ümid də bir insanı öldürdü"...

Qeyd edək ki, bir neçə gün bundan öncə İradə İsaqın ATV kanalında yayımlanan "Düz Üzünə" verilişinin qonağı Hüseyn Dərya olmuşdu.

Tarix
2014.03.15 / 14:56
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla