Yuxarı

Azərbaycan Xəzərdə Rusiya gəmisini saxladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizinin Azərbaycana aid hissəsində Rusiya bayrağı altında üzən "Vətən-1" gəmisi qəzaya uğrayıb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, 1972-ci ildə istehsal olunan, "VTS-TRans" şirkətinə məxsus olan gəminin göyərtəsində Rusiya və Ukrayna vətəndaşları var.

Məlumata əsasən, Rusiyadan Azərbaycana sement daşıyan gəminin mühərriki sıradan çıxıb və gəmi Bakı sahili yaxınlığında dayanmağa məcbur olub.

Gəmi heyəti bildirib ki, onların mühərriki təmir etmək üçün ehtiyat hissələri yoxdur, qida məhsulları və yanacaq da tükənib. Gəmi sahibinin isə limana külli miqdarda borcu var. Heyət üzvləri deyiblər ki, üç gündür limana daxil ola bilmirlər, müraciətlərinə heç kim baxmır, məvacibləri isə 3 aydan çoxdur, ödənilmir.

Məlumatda həmçinin qeyd olunur ki, gəminin köməyinə Azərbaycan Dövlət Dəniz Administrasiyasının qəza-xilasetmə gəmisi göndərilib. Gəminin Bakı dəniz limanına göndərilməsi gözlənilir.

Həştərxan vilayətin qubernatoru Aleksandr Jilkin isə bildirib ki, gəminin sahibi ilə danışıqlar aparılır: "Biz gəminin sahibi ilə təmirlə bağlı danışıqlar aparırıq. Azərbaycan da lazımi yardımlar edir".

Gəmin kapitanı Rusiya vətəndaşı Timur Kamalovdur.

Gəminin göyərtəsində olan Aleksey, Bakulin, Yelena Kosıreva, Əsədulla Əsədullayev Rusiya, Maksim Ponomarçuk, Pavel Savçenko, Dmitri Buş, Aleksey Vekov, Dmitri Knyazev və Oleq Komisarçuk isə Ukrayna vətəndaşıdır.

Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəis müavini Ehtiram Rəhimov isə açıqlamasında Rusiyaya məxsus yük gəmisinin Xəzərin Azərbaycan sektorunda gəmidə yaranmış texniki nasazlıq və borc məsələləri ilə bağlı saxlanıldığını deyib: "Gəminin saxlanılmasının səbəbi borc və gəmidə yaranmış texniki nasazlıqdır. Həmin gəmi Rusiyanın özəl şirkətinə məxsusdur və gəminin Azərbaycan limanına borcu var. Həmin şirkətin onlarla birgə çalışan Ukrayna vətəndaşlarına da borcu var. Neçə aydır, həmin şəxslərin pulları ödənilmir. Bununla bağlı Ukraynanın Azərbaycandakı səfirliyindən də bizə müraciət ediblər. Bütün bunlarla yanaşı, gəmidə texniki nasazlıq olub və buna görə də saxlanılıb. Hazırda tərəfimizdən onlara texniki yardım da göstərilir. Məsələlər həllini tapandan sonra gəmi və heyəti sərbəst buraxılacaq".

Tarix
2014.03.15 / 14:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla